Gündəm

Dəfələrlə "dirilən" "Taliban" lideri ÖLDÜRÜLDÜ

27 Fevral 2017 17:09

Əfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb.

Alkoqolizmin qurbanı olmuş məşhurlar

27 Fevral 2017 17:07

Alkoqolizm yaradıcı adamların həyatında dağıdıcı iz buraxır. Bir çoxları içkinin daxildəki potensialı üzə çıxarmaq, gərginlikdən və stresdən azad olmaq üçün bir vasitə olduğunu desə də, illər sonra aludəçiliyə çevrilən bu vərdiş istedadlı insanların həyatdan vaxtsız getməsinə səbəb olur.

AMEA Naxçıvan Bölməsində iclas

27 Fevral 2017 16:53

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilir ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.

ADU-da yeni təyinatlar olub

27 Fevral 2017 16:49

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.

“Azəravtoyol” söz verdi

27 Fevral 2017 16:46

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində "Statistika dairəsi"ndə dəyişikliklər nəzərdə tutulub. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən və tanınmış heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva tərəfindən 1968-ci ildə yaradılan görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq yerləşdiyi ərazidən götürülüb. Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir.

27 nəqliyyat vasitəsi hərraca çıxarılıb

27 Fevral 2017 16:45

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi martın 28-dənövbəti hərracını keçirəcək. Komitəyə istinadən bildirir ki, hər  hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyəti, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib.

Bahar Muradova cəbhə bölgəsinə səfər edib

27 Fevral 2017 16:44

Milli Məclisin sədr müavini Bahar Muradaova  cəbhə xəttində gedib. “Olaylar” xəbər verir ki, Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə  cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib. B. Muradova Fizuli rayon İcra Hakimiyyətinin (RİH)  başçısı Alı Alıyevlə  görüşüb və rayondakı ictimai-siyasi vəziyyət, eyni zamanda, cəbhə xəttində yaranmış durumla  bağlı  məlumat alıb.

Nardaran hadisələri ilə bağlı digər təqsirləndirilənlərin məhkəməsi davam etdirilib

27 Fevral 2017 16:30

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehman Məmmədov ifadə verib. O, ittihamlarla razılaşmadığını deyib.

MN: Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki, onlar da bizə qaytarsınlar

27 Fevral 2017 16:29

Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

27 Fevral 2017 16:26

Azərbaycanda  multikulturalizm ənənləri qədim tarixə malikdi. Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu ölkədi. Bu özəlliyini nəzərə alan  bir sıra azsaylı xalqlar Azərbaycanda məskunlaşdılar. Zamanla onlara qarşı heç bir maniyəni görmədikdə, dinlərinə, dillərinə, mədəniyyətlərinə qarşı sonsuz sevgi və hörmət hiss etdikdə isə bu  məskunlaşma, daimi oldu. Ayrı ayrı bölgələrimizdə yaşayan azsaylı xalqların sabit həyat tərzi buna əyani sübutdu. Udinlərin, talışların, xristianların, ləzgilərin və digər azsaylı xalqların əsrlər boyu ölkəmizdə rahat həyat tərzləri, öz mədəniyyətlərinin, dillərinin və dinlərinin, milli bayramlarını qoruyub saxlamaları Azərbaycanın hələ uzun illər bundan öncə necə bir tollerant ölkə olmasında xəbər verir. Azərbaycanlıların və azsaylı xalqların birgə mehriban və qardaş halında yaşamaları, bir – birlərinin mədəniyyətlərinə, dinlərinə, dillərinə hörmət və sevgi ilə yanaşmaları dünyaya Azərbaycanın multikultural ənənəsindən və  mədəniyyətindən xəbər verir. Artıq Azərbaycanda tolerantlıq, ayrı – ayrı dinlərlə, dillərlə birgə yaşamaq alternativi olmayan həyat tərzidi.

“Prezidentimizin ətrafında yumruq kimi birləşməliyik”

27 Fevral 2017 16:20

"Xocalı soyqırımı XX ərsdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biridir”. Bunu 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılova deyib. Onun sözlərinə görə, ermənilər tarix boyu xalqımıza qarşı soyqırım və işğaçılıq siyasəti həyata keçiriblər. Bu siyasətin ən pik nöqtəsi isə Xocalı soyqırımıdır. Çünki, Xocalıda silahsız və günahsız insanlarla yanaşı körpə uşaqlar və qadınlara qarşı xüsusi amansızlıq edilib. Onlara işgəncə verilib. 

Təhsilə dəstək davam edir

27 Fevral 2017 16:16

Azercell Telekom MMC SABAH Karyera Akademiyası proqramı çərçivəsində tələbələrə dəstəyini davam etdirir. Şirkət əməkdaşları bu dəfə SABAH Karyera Qış Məktəbi layihəsi çərçivəsində Qubada tələbələrə təlimlər keçiblər. Azercell Telekom MMC-nin İnsan Qaynaqları departamentinin Biznes Partnyorluq şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və İşə Qəbul mütəxəssisləri Sevinc Teymurova, Vahidə Orucova, Aysel Eynullayevanın keçdikləri təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.  100-ə yaxın tələbənin iştirak etdiyi təlimdə karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçirilib, tələbələrlə müzakirələr aparılıb. 

ADU-nun çempion tələbəsi

27 Fevral 2017 16:15

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) dünyanın müxtəlif ölkələrindən olan tələbələr ali təhsil alır. Təhsil almaq üçün ADU-ya üz tutan tələbələrin arasında Özbəkistan vətəndaşı olan Nargiza Jakbarova da var.

Elnarə ilə Səidə arasında qalmaqal böyüdü: "Sonu yaxşı qurtarmayacaq"

27 Fevral 2017 16:07

Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal daha da şiddətlənib.  E.Xəlilova "Xəzər maqazin"ə açıqlamasında həmkarının onun ünvanına dediyi təhqirlərə cavab verib:

Ölkədə söz, fikir və məlumat azadlığı təmin olunmaqdadır

27 Fevral 2017 16:03

Bu gün Azərbaycanda mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması yüksək səviyyədə həyata keçirilir. Üstəlik hökumət dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atır.