Dəfələrlə "dirilən" "Taliban" lideri ÖLDÜRÜLDÜ
Əfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb.
27 Fevral 2017 17:09 DünyaƏfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb. "Taliban" Abdul Salamın öldüyü məlumatını təsdiqləyib.
Hücum zamanı Salamla birgə daha 8 "Taliban" xadiminin öldürüldüyü deyilir.
Qeyd edək ki, əfqan səlahiyyətliləri Molla Abdul Salamın əvvəllər də bir neçə dəfə öldüyü haqda məlumat yaymışdılar. Abdul Salam 2015-ci ildə Kunduz şəhərini qısa zaman ərzində ələ keçirən "Taliban" hücumuna rəhbərlik etməsi ilə yadda qalıb. Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.