AMEA Naxçıvan Bölməsində iclas
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirilir ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.
27 Fevral 2017 16:53 SosialAMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan "Olaylar" - a bildirilir ki, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.
İclasda AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi Əhməd Qarayevin "Darı dağ sürmə filizinin kopleks emalı" mözusunda elmi məruzəsi dinlənilib. Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə "Dədə Qorqud yurdu-Naxçıvan" tarix və etnoqrafik atlasının hazırlığı barədə Rəyasət heyətinin üzvülərinə məlumat verib.
Gündəlikdəki növbəti məsələ AMEA Naxçıvan Bölməsinin bir sıra institutlarında yeni işə götürülən əməkdaşların tədqiqat işlərinin planlarının təsdiq edilməsi barəsində olub. Məsələ ilə bağlı bölmənin Elmi-təşkilat şöbəsinin müdiriOrxan Bağırov məlumat verib.
İclasda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik edən, elmi işçi Elxan Məmmədov Rəyasət Heyətinin qərarı ilə həmin şöbənin müdiri, Bioresurslar İnstitutunun "Bitki sistematikası" şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanov isə böyük elmi işçi vəzifələrinə təyin olunublar.