Gündəm

Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri Bakıda terrorizmlə mübarizənin yollarını müzakirə edəcək

27 Fevral 2017 16:01

Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri V Qlobal Bakı Forumunda bir araya gələcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının Baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə forumda təmsil olunan İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcək.

Külək BNA-nın dayanacaq pavilyonuna ziyan vurub

27 Fevral 2017 15:59

26.02.2017 tarixində paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb.

“Bakcell”in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər

27 Fevral 2017 15:53

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında "Ermənistan körpüsü"

27 Fevral 2017 15:52

Qlobal miqyasda geosiyasi proseslərin sürətlənməsi ilə müxtəlif regionlarda mümkün dəyişikliklər daha da aktuallaşır. Sirr deyil ki, 2017-ci il Qərblə Rusiya arasında intensiv siyasi dialoqla başlayıb. Tərəflər müxtəlif aspektləri müzakirə edirlər, lakin hələlik ziddiyyətlər üstünlük təşkil edir.

Metadonun ölkədən tranzit keçirilməklə aparılması cəhdi baş tutmadı

27 Fevral 2017 15:41

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və güclü təsir edən maddənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Tehran-Bakı-Aktau aviareysilə Azərbaycana gələrək Qazaxıstana getmək istəyən Qazaxıstan Respublikasının vətəndaşı Kazak Akhmada məxsus baqaj yoxlanılıb. Nəticədə, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə və üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb aşkar edilib.  Faktla bağlı izahatında adı çəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İran İslam Respublikasının Qorqan şəhərində alıb.

“Mən həyatı seçirəm” adlı tədbir keçiriləcək

27 Fevral 2017 15:40

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Komitədən verilən məlumata görə, bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 28 fevral 2017-ci il tarixində, saat 12:00-da Azərbaycan Milli Koservatoriyası nəzdində Musiqi Kollecində  keçirilməsi nəzərdə tutulur. Tədbirdə  ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin əməkdaşlarının  iştirakı  da  nəzərdə tutulur.

Məşhur italyan modeldən Xocalıya dəstək

27 Fevral 2017 15:37

İtaliyanın paytaxtı Roma şəhərində yaşayan gənc və gözəl model Asia Maione Cozzolino 25 il öncə - 1992-ci il fevralın 26-da erməni işğalçılarının Xocalıda törətdiyi qətliama səssiz qalmayaraq münasibət bildirib və Azərbaycana dəstək olub. “Olaylar” xəbər verir ki, bu barədə  TRT Sporun İtaliya təmsilçisi, İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Kesaplı məlumat verib.

Ölkədə 1400-dən artıq ailə özünüməşğulluq layihələrinə cəlb ediləcək

27 Fevral 2017 15:36

“Ölkədə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin   davam etdirilməsi, minimum əməkhaqqının artırılmas, pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi sosial rifahda müsbət meyllərin davam etməsinə imkan yaradacaq”.

Ötən il Azərbaycanda 190 minə yaxın yeni iş yeri açılıb

27 Fevral 2017 15:33

“Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub”.

Nazir: “Azərbaycanda işsizlik səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır”

27 Fevral 2017 15:33

2016-cı ildə Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları vasitəsilə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazir bildirib ki, görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır.

Azərindən ermənilərin müdafiəsinə qalxan türkiyəli müğənniyə ŞİLLƏ KİMİ CAVAB

27 Fevral 2017 15:31

Uğur Işılak "Çırpınırdı Qara Dəniz" mahnısının erməni bəstəkara aid olduğunu iddia edib. Azərbaycanlı sənətçi Azərin həmin müğənnini bir cavabı ilə susdurub. Azərin "Çırpınırdı Qara Dəniz"in müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını vurğulayıb.

"Ermənilərə o dərsi yenidən keçməyə hazırıq"

27 Fevral 2017 15:28

"Cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil etmək, əldə edilmiş razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir".

“Erməni tələsinə düşən media orqanlarına qarşı lazımı tədbirlər görüləcək”

27 Fevral 2017 15:26

“Təəssüf ki, Azərbaycan mediasında hələ də Ermənistanın təxribat törətdikləri anda sınaqdan üzü ağ çıxmayan, virtual aləmdə fəaliyyət göstərən media orqanları var. Bu məsələ Ermənistanın son təxribatı zamanı da özünü göstərdi”. Bunu  “Bakı- Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Özbəkistanın hilol.uz portalı Xocalı soyqırımından yazıb

27 Fevral 2017 15:24

Özbəkistanın hilol.uz portalı Xocalı faciəsi haqqında özbək dilində material yayıb. Materialda Azərbaycanın Xocalı şəhərinin tarixi haqqında məlumat verilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin bu şəhərdə törətdikləri soyqırımı haqqında danışılır.

Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”

27 Fevral 2017 15:22

“Ermənistanın baş naziri ilə görüşdə Abxaziya dəmir yolunun açılması barədə söhbət olmayıb”.  Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. “Bu, müxalifətin fikirləridir və yalan məlumatdır. Abxaziya dəmir yolunun açılışı haqqında Ermənistanın baş naziri ilə danışıqlar aparılmayıb. Bu, sadəcə olaraq müxalifətin ittihamlarıdır”, - deyə o, söyləyib.