Nazir: “Azərbaycanda işsizlik səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır”
2016-cı ildə Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları vasitəsilə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazir bildirib ki, görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır.
27 Fevral 2017 15:33 Sosial2016-cı ildə Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları vasitəsilə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazir bildirib ki, görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz. Niderlandda 6 faiz və s. təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir". Nazir əlavə edib ki, ölkəmizdə işçi qüvvəsinin, xüsusən də sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində işlə təminatı əmək haqları formasında ailə gəlirlərinin azalmasının qarşısının alınmasına imkan verib. Bu və digər tərəfdən, əmək haqları da daxil olmaqla bütün sosial ödənişlərin, o cümlədən sosial cəhətdən həssas qrupların maddi təminatlarının artırılması tədbirləri ümumən əhalinin alıcılıq qabiliyyətinin sabit saxlanmasına şərait yaradıb: "Aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz və s. səviyyəsindədir".