Gündəm

Ankara şəhərində “Molla Pənah Vaqif ili”

27 Fevral 2017 15:19

2017-ci il YUNESKO və TÜRKSOY təşkilatı tərəfindən  XVIII əsr Azərbaycanın görkəmli şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Molla Pənah Vaqif ili” elan olunub.

Xocalıya aid 5 dildə videoçarx hazırlanıb

27 Fevral 2017 15:17

Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı” adlı videoçarx hazırlanıb. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan, türk, rus, alman və ingilis dillərində hazırlanan videoçarx sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Tarixi faktlar əsasında hazırlanmış videoçarxda Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən ən dəhşətli qətliam olan Xocalı soyqırımının baş vermə səbəblərinə və təcavüzkar Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərə diqqət çəkilib. Bu bəşəri cinayətin iştirakçılarının hələ də cəzalandırılmaması və edilən ədalətsizliyin davam edəcəyi təqdirdə bu cür faciələrin dünyanın hər yerində təkrarlana biləcəyi qeyd olunub.

Dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası genişlənməkdədir

27 Fevral 2017 15:16

"Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov yap.org.az saytına müsahibəsində səsləndirib.

Kitabxana işçiləri üçün təlim keçirilib

27 Fevral 2017 15:15

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Azərbaycan ixrac missiyası Qətərdədir

27 Fevral 2017 15:13

Azərbaycanın ixrac missiyası Qətərdədir. İxrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, şirkətlərimiz layihələrini investorlara təqdim ediblər. İxrac missiyası həmçinin, "Carrefour" marketlər şəbəkəsində və yerli bazarlarda olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə ikitərəfli görüşlər keçirəcəklər.

Gürcüstan azərbaycanlıları Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından məmnundur

27 Fevral 2017 15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsi təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük sevinc və ruh yüksəkliyinə səbəb olub.

Türkiyədə PARTLAYIŞ: vaqonlar relsdən çıxdı

27 Fevral 2017 15:07

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib. Vilayətin Sur rayonundan keçən dəmiryol relslərində partlayış qeydə alınıb. Bir neçə vaqon relsdən çıxıb. Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə nəticəsində ölən və ya yaralıların olmadığı deyilir.

Gereral Vasyak: "Ermənistan hərbçilərinə xüsusi tapşırıq verilib"

27 Fevral 2017 15:02

"İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onlar öz hakimiyyətini istənilən yolla qoruyub saxlamaq üçün "ağıllı strategiyaları" barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir.  Çox az adam bilir. Amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə heç olmasa hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur".

Gələn ayın yarısı qeyri-iş günü olacaq

27 Fevral 2017 15:01

Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq. Mart ayı ərzində 2 bayram qeyd olunacaq. Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.

Elçin Hüseynbəyli yazır...Qafasını toz basanlar

27 Fevral 2017 14:52

Səhərlər adətim üzrə gəzirəm. Burası heç. Bir dəfə yazmışdım ki, məni danışdırmasanız da olar. Hər şeyi özüm deyəcəm. Yaxşı bir ifadə də yadımda qalıb. Və həmin ifadə mənim kimi adamların boyuna biçilib. Biri o birisinə deyir ki, səndən kəşfiyyatçı çıxmaz, çünki çox danışıb hamını ələ verərsən...

“Bu Ermənistan üçün faciəyə çevrilə bilər”

27 Fevral 2017 14:50

Keçən ilin sonlarından etibarən Ermənistan cəbhə xətində müntəzəm olaraq vəziyyəti gərginləşdirməyə yönəlik cəhdlər edir. Fevralın 24-dən isə bu təxribat xarakterli cəhdlər özünün pik həddinə qədəm qoyub. Belə ki, işğalçı ölkənin əsgərləri bir neçə istiqamətdən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə hücum cəhdi edərək postları ələ keçirməyə çalışıblar. Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab tədbiri nəticəsində işğalçılar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar. Baş verən son proseslər Qarabağda ikinci bir aprel savaşının başlama ehtimalını bir qədər də artırıb. Bəs görəsən bundan sonra proseslər hansı məcrada inkişaf edəcək və tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatlar mümkün görünürmü? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

Manatının bundan sonrakı taleyi qeyri-neft sektorundan ixracın səviyyəsindən asılı olacaq

27 Fevral 2017 14:49

Cari ilin əvvəllərindən etibarən Amerika dollarının dəyərində eniş müşahidə edilməyə başlayıb. 2015-ci ilin sonlarından özünün pik həddinə qalxan Amerikan dolları son iki ay ərzində milli valyutalara nisbətən dəyərini tədricən itirir. Bu müsbət tendensiya Azərbaycanda da hiss edilməkdədir. Lakin dolların bundan sonrakı taleyi ilə bağlı heç də birmənalı fikir bildirilmir.

Emənistanın hərbi təxribatı uğursuz siyasətin nəticəsidir

27 Fevral 2017 14:48

Sərkisyan hakimiyyəti daxili və xarici dayaqlarını itirib Ermənistanın siyası və hərbi təxribatlaranın sayı artmaqda davam edir. Son günlər cəbhənin təmas xəttində atəşkəz rejiminin intensiv pozulmasını qətiyyən təsadüfi hesab etmək olmaz. Təmas xəttində hərbi təxribatın törədilməsi Ermənistan üçün daim xilas yolu olub.

Ermənistanın aqressiyasına şərik olanlar

27 Fevral 2017 14:47

Ermənistan yenidən cəbhədə vəziyyəti gərginləşdirmək, təxribat hərəkətlərinə əl atmaqla münaqişəni alovlandırmağa çalışır. Son günlər isə bu mənfi tendensiya daha da artıb. Elə bu səbəbdəndir ki, əksər müşahidəçilər Qarabağda yeni aprel savaşının başlayacağı xəbərdarlığını edir və münaqişənin nizama salınmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatları proseslərə, daha doğrusu işğalçı ölkənin müharibə ritorikasına cavab verməyə çağırırlar. Hələlik isə, sözügedən güclər prosesləri tənzimləməyə yönəlik fəaliyyətdən daha çox Ermənistan tərəfinin maraqlarına xidmət edən açıqlamalar, bəyanatlar yaymağa üstünlük verirlər. Nümayiş etdirilən bu mövqesizlik isə belə bir fikir formalaşdırır ki, münaqişənin həlli missiyasını öz üzərinə götürən güclər, əslində elə münaqişənin alovlanmasında maraqlıdırlar. Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, başda ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən dövlətlər olmaqla, əksər beynəlxalq təşkilatlar münaqişənin hazırkı vəziyyətdə qalması, mövcud status-kvonun saxlanmasını istəyirlər. Nəticə etibarilə Azərbaycanı ərazilərinin işğal altında qalması faktı ilə barışdırmağa çalışırlar. Ekspert bildirib ki, mövcud vəziyyətin bu cür davam etməsində xüsusilə Rusiya daha çox maraqlıdır: “24 ildir işğal olunan bölgələrdən qaçıb canını ölümün pəncəsindən qurtarmış bir milyon məcburi köçkünümüz vətən həsrəti ilə yaşayır. 24 ildir Azərbaycan dövləti ən münbit və ən cənnət torpaqları olan Qarabağ və aran Zəngəzur torpaqlarından öz marağı üçün istifadə edə bilmir.

Parisdə erməni təxribatı

27 Fevral 2017 14:43

Erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Église Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsularla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilir ki, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də gözəl musiqi və iştirakçıların gürultulu alqışları bu səsləri asanlıqla boğdu.