Xocalıya aid 5 dildə videoçarx hazırlanıb

Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı” adlı videoçarx hazırlanıb. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan, türk, rus, alman və ingilis dillərində hazırlanan videoçarx sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Tarixi faktlar əsasında hazırlanmış videoçarxda Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən ən dəhşətli qətliam olan Xocalı soyqırımının baş vermə səbəblərinə və təcavüzkar Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərə diqqət çəkilib. Bu bəşəri cinayətin iştirakçılarının hələ də cəzalandırılmaması və edilən ədalətsizliyin davam edəcəyi təqdirdə bu cür faciələrin dünyanın hər yerində təkrarlana biləcəyi qeyd olunub.

Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən "Xocalı Soyqırımı" adlı videoçarx hazırlanıb. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan, türk, rus, alman və ingilis dillərində hazırlanan videoçarx sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Tarixi faktlar əsasında hazırlanmış videoçarxda Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən ən dəhşətli qətliam olan Xocalı soyqırımının baş vermə səbəblərinə və təcavüzkar Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərə diqqət çəkilib. Bu bəşəri cinayətin iştirakçılarının hələ də cəzalandırılmaması və edilən ədalətsizliyin davam edəcəyi təqdirdə bu cür faciələrin dünyanın hər yerində təkrarlana biləcəyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31