Gürcüstan azərbaycanlıları Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından məmnundur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsi təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük sevinc və ruh yüksəkliyinə səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsi təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda böyük sevinc və ruh yüksəkliyinə səbəb olub. Elə Gürcüstanda yaşayan soydaşlarımız da Mehriban xanımın birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndiriblər. Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd sakini, Gürcüstan Azərbaycanlılarının Demokratik İnkişaf İttifaqının direktoru Nizami Məmmədov "OLAYLAR"-a bildirib ki, dövlət başçısının məlum təyinatı hər bir azərbaycanlı kimi Gürcüstanda yaşayan soydaşlarımızı da sevindirib, bu təyinatdan məmnun qalıblar. Nizami Məmmədov açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevi türk dünyasının milli öndəri hesab edərək bildirib ki, bu doğru bir təyinat olduğundan sözügedən sərəncamç barədə hansı mülahizə irəli sürmək də doğru deyil: "Bizlərin sıradan bir kəndli olaraq türk dünyasının milli öndərinin qərarlarını şərh etmək haqqımız yoxdur. Amma bu qərardan sevinmək, həmin sevinci paylaşmaq haqqımız var. Öncəliklə bu şərəfli vəzifə, şərəfli olduğu qədər də məsuliyyətli işdə Mehriban xanım Əiliyevaya uğurlar arzulayır, Allahdan ona yardımçı olmasını diləyirəm". Nizami Məmmədov bildirib ki, Prezident İlham Əliyev bu tarixi qərarla az ömcə müstəqilliyimizin 26-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan dövlətinin tam qələbəsini təkrar bərpa və təmin edib: "Azərbaycan dövlətinin qəti qələbəsinə də imza atacağına kimsənin şübhəsi olmaz. Fikirlərimə keçmişin iki acı xatirələrini əlavə etmək istərdim. Dnəmində Ağa Məhəmməd Şah Qacarın Osmanlı İmperatorluğuna yazdığı bir məktubu oxudum. Şah Qacar yazır: "Gəlin bir an öncə birləşək. Gec qalsaq ikimiz üçün də pis olacaq. Hər ikimiz məğlub olacağıq". Digər bir məqam isə Cavad xanla bağlıdır. Belə ki, Cavad xanın digər Azərbaycan xanlarına birləşmək barədə dəvətini xatırlayıram. Məhz bu səbəblərdən dolayı İlham Əluyevin türk dünyasının milli öndəri olduğunu bildirdim. Əgər bu gün dünya prezidentlərindən beşi belə bir ada layiqdirsə, onlardan birincisi məhz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin uğurları xalqın uğurlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31