Ankara şəhərində “Molla Pənah Vaqif ili”

2017-ci il YUNESKO və TÜRKSOY təşkilatı tərəfindən  XVIII əsr Azərbaycanın görkəmli şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Molla Pənah Vaqif ili” elan olunub.

2017-ci il YUNESKO və TÜRKSOY təşkilatı tərəfindən  XVIII əsr Azərbaycanın görkəmli şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə "Molla Pənah Vaqif ili" elan olunub.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə mart ayının 02-də saat 14.00-da Türkiyənin Ankara şəhərində TÜRKSOY-un qərargahında və mart ayının 03-də saat 19.00-da  Sakarya Bələdiyyəsində "Molla Pənah Vaqif ili" nin  rəsmi açılış mərasimi və tədbirlər keçiriləcək.

Tədbirlərdə N.Cəfərovun "M.P.Vaqif" kitabının təqdimat mərasimi, habelə Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan M.P.Vaqifin əsərləri, haqqında yazılmış əsərlər, başqa dillərə tərcümə olunmuş əsərləri nümayiş etdiriləcək, şairin sözlərinə yazılmış şeirlər səsləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31