Emənistanın hərbi təxribatı uğursuz siyasətin nəticəsidir

Sərkisyan hakimiyyəti daxili və xarici dayaqlarını itirib Ermənistanın siyası və hərbi təxribatlaranın sayı artmaqda davam edir. Son günlər cəbhənin təmas xəttində atəşkəz rejiminin intensiv pozulmasını qətiyyən təsadüfi hesab etmək olmaz. Təmas xəttində hərbi təxribatın törədilməsi Ermənistan üçün daim xilas yolu olub.

Sərkisyan hakimiyyəti daxili və xarici dayaqlarını itirib
 

Ermənistanın siyası və hərbi təxribatlaranın sayı artmaqda davam edir. Son günlər cəbhənin təmas xəttində atəşkəz rejiminin intensiv pozulmasını qətiyyən təsadüfi hesab etmək olmaz. Təmas xəttində hərbi təxribatın törədilməsi Ermənistan üçün daim xilas yolu olub. Əslində Ermənistan heç vaxt belə təxribat əməllərindən əl çəkməyib. Sadəcə əlamətdar günlərdə təxribat xarakterli addımlar intensivləşib. Təkcə indiyə qədərki danışıqlar prosesini diqqətlə xatırlayası olsaq, o zaman eyni xəttin, eyni oyunun təzahürlərini görə bilərik. Məlum olar ki, Ermənistan düşdüyü çətin vəziyyətdən çıxış yolunu cəbhədə gərginlik yaratmaqda gördüyündən uzun müddətdir ki, bu siyasəti davam etdirir. Hətta ATƏT-in missiyası təmas xəttində monitorinqlər keçirın zaman ermənilər təxribatlarını davam etdiriblər. Belə ki, tədbir başa çatar-çatmaz, həmin ərazilərdə erməni silahlı birləşmələri dərhal yenidən atəşkəsi pozublar. Xatırladaq ki, belə bir hal monitorinq getdiyi vaxtda da baş vermişdi. Hətta ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən monitorinqlərin birində də erməni tərəfdən açılan aramsız atəşlər nəticəsində tədbir dayandırılmışdı. Bu isə o deməkdir ki, ermənilətr onsuz da cəbhə xəttində təxribatlarını dayandırmaıblar. Ən yaxşı halda, ağır zirehli texnikanı cəbhəboyu ərazilərə yerləşdirir, hərbi müttəfiqləri ilə birgə təlimlər təşkil edirlər. Bununla ölkəmizi təxribata çəkə bilmədiklərini gördükə atəşkəsin əldə edilməsinə baxmayaraq gün ərzində 100-120 dəfə əldə olunmuş razılığı pozurlar. Əslində Ermənistanın hərbi təxribat siyasəti mövcud hakimiyyətin qorunub saxlanmasına hesablandığı gün kimi aydındır. Məlum olduğu kimi Ermənistanda hakimiyyətin sütunu hələ ötən ilin aprel döyüşlərindən sonra laxlamağa başladı. Xarici siyasətdə, diplomatik savaşda uduzan Ermənistan iqtidarı nəinki beynəlxalq aləmdə, hətta daxildə imicini tamamilə itirmiş oldu. Nəticədə Sərkisyan hakimiyyətinin uğursuz siyasətindən təngə gələn ölkə ictimaiyyəti açıq-aşkar mövcud hakimiyyətə qarşı inamsızlıq nümayiş etdirdi. Hətta, Ermənistanın aprel uğursuzluğu erməni diasporunun da Sərkisyan hakimiyyətinə etimadını heçə endirdi. Təbii ki, belə bir vəziyyətdə Ermənistan hakimiyyəti cəbhə xəttində təxribatlar törətməklə ölkə ictimaiyyətinin diqqətini yayındırmaqla əlavə divident qazanmağa çalışır. Heç şübhəsiz ki, Ermənistan hakimiyyəti hesab edir ki, aprel döyüşlərində itirdikləri mövqelərdən cüzi bir hissənin geri qaytarılması, yaxud cəbhə xəttində hər hansı mövqeni ələ almaq ölkə ictimaiyyətinə bir təsəlli olardı. Nəzərə almaq lazımdır ki, qarşıdan parlament seçkiləri gəlir və iqtidarın hazırki vəziyyəti ilə seçkilərdə iştirakı uğursuz nəticələnə bilər. Yəni, seçkilərdə xal qazanmaq üçün hərbi naliyyət vacib şərtdir. Ermənilərin məhz fevralın 24-25-də cəbhə xəttində aktivləşməsi həm də dünya ictimaiyyətinin nəzərini Xocalı soyqırımının dəhşətlərindən yayındırmağa hesablanıb. Xatırladaq ki, Azərbaycan Xocalı soyqırımının 25-ci il dönümü ilə bağlı dünya ölkələrində ölduqca ciddi tədbirlər həyata keçirib və nəticədə bu faciəni soyqırım kimi tanıyan ölkələrin sayı artmaqda davam edir. Bu kimi halları nəzərə alan Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-dən 25-ə keçən gecə bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək, onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.Əməliyyat şəraitinə uyğun olaraq, düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir. Qeyd edək ki, ermənilərin cəbhə xəttindəki təxribat xarakterli addımları dünya ictimaiyyətini narahat etməkdədir. Çünki, Ermənistan münaqişənin dinc yolla həlli istiqamətində aparılan danışıqları davam etdirmək əvəzinə, hərbi təxribatla məşğuldur. Artıq Türkiyə Ermənistan tərəfindən fevralın 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycana qarşı hücumlarını pisləyiən bəyənat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Ermənistan tərəfindən fevralın 24-dən 25-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumları pisləyirik. Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmaların yenidən baş verməməsi üçün Ermənistanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq". ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri, eləcə də digər mənbələrin məlumatlarına əsasən fevralın 25-də səhər saatlarında qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan atəşkəs rejiminin ciddi şəkildə pozulması qeydə alınıb. Çoxlu sayda cəsəd neytral zonada qalıb və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə, ağır silahlardan istifadəni dayandırmağa və ATƏT sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar. Həmsədrlər, həmçinin tərəflərə güc tətbiq etməmək barədə öhdəliklərini xatırladıblar. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov cəbhədə hərbi təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı xislətindən xəbər verdiyini qeyd edib: "Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil. Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Heç görünür əl çəkmək də istəmir. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər". Baş nazirin müavini bildirib ki, ermənilər törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər: "Qəti inanıram ki, azərbaycan ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır". Sonda onu da xatırladaq ki, yenidən müharibə başlasa, hadisələr Azrbayca-Ermənistan məcrasından çıxa bilər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31