Ermənistanın aqressiyasına şərik olanlar

Ermənistan yenidən cəbhədə vəziyyəti gərginləşdirmək, təxribat hərəkətlərinə əl atmaqla münaqişəni alovlandırmağa çalışır. Son günlər isə bu mənfi tendensiya daha da artıb. Elə bu səbəbdəndir ki, əksər müşahidəçilər Qarabağda yeni aprel savaşının başlayacağı xəbərdarlığını edir və münaqişənin nizama salınmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatları proseslərə, daha doğrusu işğalçı ölkənin müharibə ritorikasına cavab verməyə çağırırlar. Hələlik isə, sözügedən güclər prosesləri tənzimləməyə yönəlik fəaliyyətdən daha çox Ermənistan tərəfinin maraqlarına xidmət edən açıqlamalar, bəyanatlar yaymağa üstünlük verirlər. Nümayiş etdirilən bu mövqesizlik isə belə bir fikir formalaşdırır ki, münaqişənin həlli missiyasını öz üzərinə götürən güclər, əslində elə münaqişənin alovlanmasında maraqlıdırlar. Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, başda ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən dövlətlər olmaqla, əksər beynəlxalq təşkilatlar münaqişənin hazırkı vəziyyətdə qalması, mövcud status-kvonun saxlanmasını istəyirlər. Nəticə etibarilə Azərbaycanı ərazilərinin işğal altında qalması faktı ilə barışdırmağa çalışırlar. Ekspert bildirib ki, mövcud vəziyyətin bu cür davam etməsində xüsusilə Rusiya daha çox maraqlıdır: “24 ildir işğal olunan bölgələrdən qaçıb canını ölümün pəncəsindən qurtarmış bir milyon məcburi köçkünümüz vətən həsrəti ilə yaşayır. 24 ildir Azərbaycan dövləti ən münbit və ən cənnət torpaqları olan Qarabağ və aran Zəngəzur torpaqlarından öz marağı üçün istifadə edə bilmir.

Yaxud İrəvana dəstəyin səbəbləri nədir?

Ermənistan yenidən cəbhədə vəziyyəti gərginləşdirmək, təxribat hərəkətlərinə əl atmaqla münaqişəni alovlandırmağa çalışır. Son günlər isə bu mənfi tendensiya daha da artıb. Elə bu səbəbdəndir ki, əksər müşahidəçilər Qarabağda yeni aprel savaşının başlayacağı xəbərdarlığını edir və münaqişənin nizama salınmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatları proseslərə, daha doğrusu işğalçı ölkənin müharibə ritorikasına cavab verməyə çağırırlar. Hələlik isə, sözügedən güclər prosesləri tənzimləməyə yönəlik fəaliyyətdən daha çox Ermənistan tərəfinin maraqlarına xidmət edən açıqlamalar, bəyanatlar yaymağa üstünlük verirlər. Nümayiş etdirilən bu mövqesizlik isə belə bir fikir formalaşdırır ki, münaqişənin həlli missiyasını öz üzərinə götürən güclər, əslində elə münaqişənin alovlanmasında maraqlıdırlar. Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, başda ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən dövlətlər olmaqla, əksər beynəlxalq təşkilatlar münaqişənin hazırkı vəziyyətdə qalması, mövcud status-kvonun saxlanmasını istəyirlər. Nəticə etibarilə Azərbaycanı ərazilərinin işğal altında qalması faktı ilə barışdırmağa çalışırlar. Ekspert bildirib ki, mövcud vəziyyətin bu cür davam etməsində xüsusilə Rusiya daha çox maraqlıdır: "24 ildir işğal olunan bölgələrdən qaçıb canını ölümün pəncəsindən qurtarmış bir milyon məcburi köçkünümüz vətən həsrəti ilə yaşayır. 24 ildir Azərbaycan dövləti ən münbit və ən cənnət torpaqları olan Qarabağ və aran Zəngəzur torpaqlarından öz marağı üçün istifadə edə bilmir. 24 ildir erməni vandalları işğal olunmuş ərazilərimizi xarabaya çevirir, bütün mədəniyyət abidələrimizi yer üzündən silirlər. Qəbirstanlıqları dağıdılır, yeraltı, yerüstü sərvətlərimiz talan edilir. Rusiya isə bütün bunlara göz yumur. Rusiyanın təzyiqi ilə "Bişkek razılaşmasına getmiş Azərbaycan dövləti məhz bu ölkənin imperiya maraqları səbəbindən öz problemini həll edə bilmir. Ermənistanla Azərbaycan arasında bu münaqişəni tənzimləmək üçün BMT-nin tapşırığını almış Minsk qrupu isə məhz Rusiyanın pozuculuğu və birtərəfli qaydada Ermənistanı müdafiə etməsi səbəbindən heç bir sülh əldə edə bilmir. Faktiki olaraq Ermənistanın işğalçılıq hərəkətlərinə göz yumur və əslində bu işğalçılığı qüvvəyə mindirmək üçün pərdə arxasında çalışır". Ekspert bildirib ki, Minsk qrupunun basqısı ilə ortaya qoyulmuş Madrid sülh razılaşması isə ümumilikdə Azərbaycanın maraqlarına ziddir və əslində bunun sonunda Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını qanuniləşdirmək durur: "Yəni Minsk qrupu üzrə həmsədr dövlətlər məsələni beynəlxalq hüquqa uyğun yox, öz imperiya maraqlarına uyğun həll etməyə çalışır və bu məsələdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər, Azərbaycanın təbii sərvətlərini istədikləri kimi suyu qiymətinə daşımağa çalışırlar. Heç bir beynəlxalq hüquqa söykənməyən və Azərbaycan dövləti tərəfindən imzalanmayan Madrid sülh müqaviləsi bu gün hələ kağız parçasından başqa bir şey deyildir. Baxmayaraq ki, bəzi hissələri şifahi olaraq razılaşdırılıb. Azərbaycan bu məsələnin BMT-nin və ATƏT-in gündəliyinə çıxmasına razılıq verəndə heç də Dağlıq Qarabağın onun daxili məsələsi olmamasını bildirməyib və belə bir nə bəyanat verilib, nə də sənəd təsdiqlənməyib.Əksinə ərazisinin bütövlüyününün bərpasını birmənalı olaraq tələb edib. Bu məsələ Azərbaycan dövlətinin və bu dövlətin yaradıcısı olan Azərbaycan xalqının öz ərazi bütövlüyünü təmin etmək məqsədilə, məsələni müharibə etmədən sülh yolu ilə həll etmək istəyindən irəli gəlib və buna görə də BMT və ATƏT bu məsələ ilə məşğul olublar. Bu zaman həmişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin tənzimlənməsi bildirilib və dəfələrlə bir çox mühüm dünya təşkilatları, Avropa dövlətlərini birləşdirən təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bəyanatlar verib. sənədlər imzalayıblar. Bu hal o deməkdir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsidir. Azərbaycanın Konstitusiyasının 11-ci maddəsi də bu halın təminatçısıdır.Yəni Azərbaycanda bütün ölkə böyu referendumu keçirilmədən və bütün Azərbaycan xalqının razılığı olmadan onun ərazisinin bir qarışı da başqa dövlətə verilə bilməz, yaxud bu ərazidə hansısa qondarma bir dövlət yaradıla bilməz. Son dövrlər isə Azərbaycan dövləti məsələni birdəfəlik həll etmək məqsədi ilə təmas xəttindəki mövcud status-kvo ilə razılaşmadığını qəti şəkildə bildirir və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazisindən danışıqsız, şərtsiz çıxarılmasını tələb edir. Minsk qrupunu bu məslədə ciddi addımlar atmağa səsləyir və məsələ bu şəkildə davam edərsə öz ərazilərini BMT-nin Nizamnaməsinə uyğun müharibə yolu ilə işğalçılardan təmizləyəcəyini bəyan edir". Rövşən Məmmədli bildirib ki, hazırkı situasiyada Ermənistanı isə forpostina çevirən Rusiya İrəvanın ona üz çevirəcəyi təqdirdə Qarabağı işğalçı ölkədən alacağı ilə qorxudaraq onu öz təsirində saxlayır: "Bu vəziyyət də Ermənistana və seperatçı ermənilərə sərf edir. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər bütün mərhumiyyətlərə dözərək təkcə Qarabağı əllərində saxlamaq arzusu ilə yaşayırlar. Onların bu arzusunu şirnikləndirən isə Rusiyanın əli ilə Ermənistanın 20 faiz ərazimizi nəzarətində saxlamasıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31