Kitabxana işçiləri üçün təlim keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
27 Fevral 2017 15:15 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə təlimlərə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlər 2 istiqamət- "Kitabxana İşinin Təşkili və İdarə olunması" və "Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı" üzrə peşəkar kitabxana mütəxəssisləri tərəfindən təşkil edilir. Təlimlərə Bakı şəhərinin 12 inzibati rayonu üzrə kitabxana işçiləri cəlb olunub. Təlim sessiyalarının yekununda Respublika Elmi Pedaqoji Kitabxanasına resurslarla əyani tanışlıq məqsədilə ekskursiya nəzərdə tutulub. Sonda kitabxana işçilərinin yekun qiymətləndirilməsi aparılacaq. Təlim keçən kitabxana işçilərinə sertifikat veriləcək.