Gündəm
Şahin Fazil yazır...Qəzəl
Nə zaman valyutanı alıb-satmaq sərfəlidir?
Ölkəddə baş verən devolvasiyadan sonra milli və xarici valyutanın məzənnəsində müşahidə olunan qeyri-müəyyənlik riskləriin artmasına səbəb olub. Belə ki, valyuta bazarına yaranan anlaşılmazlıq insanları çıxılmaz vəziyyətdə qoyub. Daha doğrusu, insanlar valyuta mübadiləsi zamanı itirmək yox, daha çox qazanmaq istəyirlər. Bəs bunun üçün nələrə diqqət yetirmək lazımdır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər. Belə ki, ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb.
Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub
Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub. Qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıbki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.
Azərbaycan prezidentinin Qətər əmiri ilə təkbətək görüşü olub
Fevralın 27-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Qətər Dövlətinin əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.
Prezident İlham Əliyevin Qətərə rəsmi səfəri - YENİLƏNİB
Qətərdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 27-də Əmir sarayında rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Nazirin kortejinə atəş açdılar
Türkiyənin Müdafiə naziri Fikri Işık Kocaelinin Dilovası rayonundan Derinceyə doğru gedərkən kortejin arxasında olan bir avtomobildən atəş açıldığı deyilir. Polis atəş açıldığı iddia edilən 41 nömrəli ağ rəngli İzmit istiqamətinə hərəkət edən avtomobilin arxasına düşüb. Toy kortejindən atəş açıldığını təsbit edən polis şübhəliləri tutmaq üçün əməliyyat keçirib.
Çində mədən PARTLADI - 7 ölü, 11 yaralı
Çinin Quyçjou əyalətində mədəndə baş vermiş partlayış nəticəsində 7 nəfər həlak olub. 11 mədənçi müxtəlif xəsarətlər alıb. Hadisə zamanı yerin altında 41 nəfərin olduğu bildirilir. Digər mədənçilər xilas edilib. İlkin məlumatlara görə, mədəndə partlayış qaz sızması nəticəsində baş verib.
4 qat olimpiya çempionu medallarının satışından 180 min dollar qazandı
Belaruslu gimnast Olqa Korbut 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarında qazandığı 5 medalı hərraca çıxarıb. Satışdan ümumilikdə 180 min dollardan çox gəlir əldə olunub.
Qəbul imtahanı ikinci dəfə də ödənişsiz ola bilər, əgər...
Dövlət İmtahan Mərkəzi (DİM) cari ildə qəbul imtahanlarının təşkili ilə bağlı bəzi məsələlərə - kolleclərə (yaxud ali məktəblərə) qəbul imtahanında iştirak edən abituriyentlərin bu il ali məktəblərə (yaxud kolleclərə) qəbul imtahanlarında ödənişli əsaslarla iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.
“Xocalı soyqırımı” şəhidlərinin xatirəsi
Böyük Britaniyanın Aberdin şəhərində “Aberdin Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Həmsədrlər Ermənistanın mövqeyinə uyğun bəyanat verirlər
"ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa cəbhədə baş verən erməni təxribatlarına ikili standartlardan yanaşmaqdadır. Xüsusilə onlar Ermənistanın mövqeyinə uyğun bəyanat verirlər”.
“İçəri Şəhər” ABŞ film festivalında
“İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan “Olaylar2 – a verilən məlumata görə, film festivalın “Remi mükafatı” nominasiyasında mübarizə aparacaq. Festival 21-30 aprel tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.
“2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində seminar
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan üç günlük seminar öz işinə başlayıb. Bununla əlaqədar keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər vəzifəli şəxsləri və nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.
Daşkənddə Xocalı faciəsi ilə əlaqədar konsert-rekviyem keçirilib
Daşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb
“Azərsun Holdinq ”Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbirlər çərçivəsində Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal, və Şirkətlər Qrupunun digər əməkdaşları dünyasını dəyişmiş günahsız insanların əziz xatirəsinə ucaldılmış Xocalı abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyublar. Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.











.jpg)


