“İçəri Şəhər” ABŞ film festivalında

“İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan “Olaylar2 – a verilən məlumata görə, film festivalın “Remi mükafatı” nominasiyasında mübarizə aparacaq. Festival 21-30 aprel tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

"İçəri Şəhər" bədii filmi ABŞ-ın 50-ci "Worldfest Houston" Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan "Olaylar2 - a verilən məlumata görə, film festivalın "Remi mükafatı" nominasiyasında mübarizə aparacaq. Festival 21-30 aprel tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31