Həmsədrlər Ermənistanın mövqeyinə uyğun bəyanat verirlər
"ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa cəbhədə baş verən erməni təxribatlarına ikili standartlardan yanaşmaqdadır. Xüsusilə onlar Ermənistanın mövqeyinə uyğun bəyanat verirlər”.
27 Fevral 2017 13:58 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa cəbhədə baş verən erməni təxribatlarına ikili standartlardan yanaşmaqdadır. Xüsusilə onlar Ermənistanın mövqeyinə uyğun bəyanat verirlər". Bu fikirləri "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu ölkələr işğalçının ərazilərdən çıxarılması deyil, atəşkəsə əməl edilməsinə çağırış edir: "Bu "bəyanatlar" status-kvonun saxlanmasına hesablanıb. Qonşu İranın cəbhədə baş verənlərlə əlaqədar mövqeyi də ziddiyyət təşkil edir. Belə ki, bu ölkə hər iki tərəfə cəbhədə atəşkəsə nail olmaqla bağlı bəyanat verib. İranın işğalçı ilə işğala məruz qalanı açıq deməkdən çəkinməsi, qərəzli yanaşması, rəsmi Tehranın daima vurğuladığı vasitəçilik etmək istəyinə kölgə salmış oldu. Artıq Azərbaycan Türkiyə-İsrail və Pakistan hərbi ittifaqı möhkəmlənir. Moskva -Yerevan və Tehran bu ittifaqdan ciddi şəkildə narahatdır".