Gündəm
İŞİD indi "terrorçu" küçüklərdən istifadə edir - VİDEO
MƏNFUR PLAN - Rusları qorxutmaq, Qarabağı Ermənistana birləşdirmək
Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində referendum keçirərək Dağlıq Qarabağın adını "Artsax" olaraq dəyişdirməsi Azərbaycana qarşı yeni aqressiyadir. Bu, ötən ilin aprel savaşının qızışdırılmasında da məhz İrəvanın təşəbbüskar olmasına bariz sübutdur. Məqsəd isə Dağlıq Qarabağı Ermənistana birləsdirməkdir. Ona görə də ermənilər bunu "artsax"laşma yolu ilə həyata kecirməyi doğru hesab edirlər. Çünki bunu Dağlıq Qarabağ adı altında etmək gülünc olardı.
Ramil Usubov Göyçaya yeni rəis göndərdi
Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə 3 aydan sonra yeni rəis təyin edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İlkin Məmmədov təyin olunub.
Hollandiyada diaspor təşkilatları Xocalı qurbanlarının xatirəsini anıb
Niderlandda fəaliyyət göstərən beşdiaspora təşkilatı - "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladığı “Yaşamaq üçün doğulmuşdular!” adlı bədii kompozisiyanın təqdimatı ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub.
Son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunub
“Ölkəmizdə tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsələndirib.
Bakıda qadını şantaj edən şəxs tutulub
Bakıda qadını rüsvay edəcəyi ilə hədələyən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Ellada Zərbəliyevanı (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Elnur Əbilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı sakini özünü zəncirlə asıb
Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Yol qəzalarının statistikası və səbəbləri açıqlandı
Ötən il Azərbaycanda avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalaraq 2762 nəfər olub.
FHN-nin hərbi hissəsində yoxlamalar aparıldı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.
Ermənilərin əməlləri insanlıq əleyhinə cinayətdir
“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəllifi İen Pert Bolqarıstanın “Fokus” radiosuna müsahibə verib. Müsahibədə Ermənistan dövlətinin yarandığı gündən öz ərazilərini genişləndirmək üçün bütün vasitələrə əl atdığını söyləyən həmmüəllif bu ərazi iddialarının hələ keçmiş sovet hakimiyyəti illərində Ermənistan SSR tərəfindən Azərbaycan SSR-yə qarşı edildiyi vurğulanır. Həmmüəllif SSRİ-nin dağılmasından sonra Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə qarşı iddialar irəli sürdüyünü, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyini bildirib. O, məhz bu işğal zamanı Xocalı şəhərinin bütün kommunikasiya imkanlarının məhdudlaşdırıldığını, qadın, uşaq və ahıllar daxil olmaqla 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, minlərlə insanın əsir götürüldüyünü və bir çoxlarının taleyinin naməlum qaldığını diqqətə çatdırıb.
Berlində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
Almaniyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti müzakirələr 24 fevral 2017-ci ildə Berlindəki Türk Alman Sahibkarlar Birliyinin ofisində Türk-Azərbaycan Birliyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunub.
Səhiyyə Nazirliyində Xocalı faciəsinin 25-ci ildönümü
Səhiyyə Nazirliyində, onun idarə və müəssisələrində Xocalı faciəsinin 25 – ci il dönümü hörmətlə anılıb. Nazirliyin kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Azərbaycanda 80 yaşlı qadınlar plastik əməliyyat etdirir
İstənilən uğurlu əməliyyatdan belə narazılıq edən xəstə mütləq tapılır. Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli bildirib.
Xalça Muzeyində “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır”
Azərbaycan Xalça Muzeyi Şuşa filialı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçirilib. Xalça Muzeyindən “Olaylar” – a verilən məlumata görə, tədbirdə faciə qurbanlarının və cəmi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminarın açılışında Milli Azərbaycan Tarix Muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyi və Aktiv media şirkəti tərəfindən ərsəyə gəlmiş “Xocalı vaxtı” filmi nümayiş olunub.
Soydaşlarımız Tbilisidə etiraz aksiyası keçirib
"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib.














