Gündəm

Xocalı yürüşü dünya xalqlarına Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqının göndərdiyi bir mesajdır  

27 Fevral 2017 13:12

“Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın iştirakı ilə keçirilən çoxminlik yürüş dünya xalqlarına Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqının göndərdiyi bir mesajdır”.

İzmirdə Xocalı abidəsi ucaldılıb 

27 Fevral 2017 13:11

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

1300-dən çox ünvana Xocalı soyqırımı barədə məlumat göndərilib  

27 Fevral 2017 13:10

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycan gəncləri adından rus, ingilis, fransız, ərəb dillərində hazırlanmış Bəyannamə dünyanın müxtəlif ölkələrinin prezidentlərinə, nazirliklərinə, parlametlərə və beynəlxalq təşkilatlara göndərilib.

Ölkədən xarici valyutanın çıxarılmasının qarşısı alınıb

27 Fevral 2017 13:09

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb.

Deputat: “Cəbhə bölgəsindəki  durum hər an müharibəyə çevrilə bilər”

27 Fevral 2017 13:07

Cəbhə bölgəsində yaranmış gərgin durum hər an şiddətli müharibəyə çevrilə bilər. Bunu deyən  Xocalıdan olan millət vəkili Elman Məmmədovun sözlərinə görə,  hazırda iki ordu Azərbaycan torpağında üz-üzə dayanıb: “Azərbaycan ordusu  öz torpaqlarını qoruyur və işğalçı erməni ordusundan öz torpaqlarını təmizləmək istəyir.  Belə bir vəziyyətdə   iki ordu arasında  gərginliyin yaranması  gözləniləndir və  hətta, istənilən anda şiddətli müharibə alovlana bilər. Bu, gözləniləndir”.

Yağmursuz hava

27 Fevral 2017 13:06

Bakı və Abşeron yarımadasında fevralın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Politoloq: "Ermənistan təxribatları ilə danışıqlardan yayınmağa çalışır" 

27 Fevral 2017 13:04

“Ermənistanın təxribat törətməsində genişmiqyaslı məqsədi Dağlıq Qarabağ danışıqlarından yayınmaqdır. Ermənistan danışıqların nəticəsinin onlar üçün xeyr gətirməyəcəyini çox yaxşı anlayır”. Bunu  politoloq Fikrət Sadıqov deyib.  

Noyerdən rekord göstərici

27 Fevral 2017 13:02

"Bayer Munix"in qapıçısı Manuel Noyer klub tarixində rekorda imza atıb. Bu "Hamburg"la matçda (8:0) qeydə alınıb. 30 yaşlı futbolçu Bundesliqada qol buraxmadığı oyunların sayını 100-ə çatdırıb. O, 183 matçdan 100-də qapısını toxunulmaz saxlayıb. 

Vəzifəli şəxslərin adında dələduzluq edən şəxslər zərərçəkmişlərlə barışıq əldə ediblər

27 Fevral 2017 12:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lerikdə qar uçqunu zamanı sağ qalan körpədən XƏBƏR VAR

27 Fevral 2017 12:49

Fevralın 23-də Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı sağ qalan 8 aylıq körpə evə buraxılıb. Bu barədə Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.

Rusiyadan Türkiyəni QƏZƏBLƏNDİRƏCƏK TƏKLİF

27 Fevral 2017 12:43

Rusiya Cenevrədə reallaşan Suriya zirvə toplantısına kürdlərin də qatılması lazım olduğunu açıqlayıb. Bu barədə açıqlamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov verib. Boqdanov əlavə olaraq, müxaliflərin nümayəndələrinin qrup halında Cenevrədə iştirak etmələrinin vacibliyini bildirib.

"Əgər Azərbaycan başlasaydı, İlham Əliyev Qətərə getməzdi"

27 Fevral 2017 12:37

Postsovet məkanının ekspert cəmiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin kəskin eskalasiyasını müzakirə etməkdə davam edir, hansı ki, srağagün sərt döyüş hərəkətlərinə gətirib çıxardı və hər iki tərəfdən hərbi qulluqçular həlak oldular.

Arzu Nağıyev: “Yalan məlumat yayanlar məsuliyyət daşıyır” 

27 Fevral 2017 12:33

“Hər hansı xəbəri yaymadan öncə onun hansı məqsədlərlə edildiyini və hansı nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Dəfələrlə xəbərdarlıq olunub ki, Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş cəbhə ilə bağlı xəbərləri reytinq və ya saxta vətənpərvərlik naminə istər sosial şəbəkələrdə, istərsə də müxtəlif saytlarda yayımlamaq olmaz”. Bunu  “Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

Erməni analitik: “Xalqda müharibə panikası yaranır, hakimiyyət isə bundan istifadə edir” DÜŞMƏN KİV-i

27 Fevral 2017 12:32

“Son günlər Qarabağda Azərbaycanla təmas xəttində qeydə alınan gərginlik belə bir fikir yürütməyə əsas verir ki, müharibə yenidən başlaya bilər”. Bu barədə Ermənistanın 1.in.am saytının rus dili səhifəsində erməni analitiki Musa Mikaelyanın yazısında bildirilir.