Vəzifəli şəxslərin adında dələduzluq edən şəxslər zərərçəkmişlərlə barışıq əldə ediblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
27 Fevral 2017 12:52 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışıq əldə etdikləri haqqında məhkəməyə ərizə ilə müraciət ediblər.
Məhkəmə prosesi martın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Alim İbrahimov və Tərlan Comərdov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar. Onlar özlərini Prezident Administrasiyasının əməkdaşları kimi təqdim edərək, zərərçəkmiş Adil Həsənov və Fikrət İbrahimovun ümumilikdə 151 min manat dəyərində pulunu ələ keçiriblər. Apa.az