Xocalı yürüşü dünya xalqlarına Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqının göndərdiyi bir mesajdır
“Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın iştirakı ilə keçirilən çoxminlik yürüş dünya xalqlarına Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqının göndərdiyi bir mesajdır”.
27 Fevral 2017 13:12 Siyasət"Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın iştirakı ilə keçirilən çoxminlik yürüş dünya xalqlarına Xocalı Soyqırımı ilə bağlı Azərbaycan xalqının göndərdiyi bir mesajdır". Bu fikirləri "OLAYLAR"-a açıqlamasında millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, ölkəmizin mənafeyinə xidmət edən bütün tədbirlərdə Möhtərəm Prezidentimizin xalqla birlikdə olması xalqla - Prezidentin monolit birliyini nümayiş etdirir: "Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar keçirilən yürüşdən keçən beş il ərzində dünyanın müəyyən ölkələri arasında, ABŞ-ın 20 ştatında bu soyqırımın tanıdılmasına nail olundu". Millət vəkili qeyd edib ki, Xocalı soyqırımı ilə əlaqədar Leyla Xanım Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyasının həyata keçirilməsi bu soyqırımının tanıdılmasında mühüm əhəmiyyət kəsb edir: "Ancaq dünyada bu gün də mövcud olan ikili standartlar Xocalı soyqırımının tanıdılmasında maneçilik yaradır. Düşünürəm ki, Xocalı soyqırımı ilə əlaqədar Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlərlə yaxın gələcəkdə dünyanın aparıcı inkişaf etmiş ölkələrində soyqırım kimi tanıdılmasına nail olacağıq".