Gündəm

Rusiyada 5,0 bal gücündə zəlzələ baş verib

27 Fevral 2017 12:26

Rusiyanın Kamçatka diyarı sahillərində 5,0 bal gücündəzəlzələ baş verib.  Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 108 km cənubda, ocağı isə 57 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Azərbaycanda ötən il hüquq pozmalara görə 330 polis cəzalandırılıb

27 Fevral 2017 12:24

Azərbaycanda ötən il ərzində vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Mübariz Qurbanlı: “Dini radikalizmə qarşı mübarizədə Azərbaycan İslam dünyası ilə birgə hərəkət edir”

27 Fevral 2017 12:22

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər həyata keçirilir və bu, bütün sahələrdə özünü göstərir. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi bu problemin həllini yubadır.

Hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib

27 Fevral 2017 12:19

Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nə dəyişiklik edib. Dəyişikliyə əsasən Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Tramp müdafiə xərclərini artıracaq

27 Fevral 2017 12:16

ABŞ prezidenti Donald Tramp federal qurumlardan qarşıdan gələn maliyyə ili üçün büdcəni müdafiə xərcləri üçün kəskin şəkildə artırılması mümkün olacaq şəkildə tərtib etmələrini tələb edəcək. 

Məcburi köçkünlərə müraciət: "Ödənişlər martda 2 aylıq veriləcək"

27 Fevral 2017 12:14

Siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq veriləcək.

Azərbaycanda yaranmış internet problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

27 Fevral 2017 12:12

Son günlər ölkədə ciddi internet problem yaşanır. Provayderlər bunun səbəbini açıqlamaqdan imtina edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, provayderlərə paylanılan internetdə problem müşahidə edilmir.  "İnternetin öütürülməsi ilə bağlı hər hansı problem yoxdur. Bizlik heç bir səbəb yoxdur. Əgər hər hansı problem müşahidə olunursa, istifadəçilər bunu qoşulduqları provayderlərlə dəqiqləşdirməlidirlər".

Bəzi məcburi köçkünlərə 4 otaqlı mənzil veriləcək - QƏRAR - YENİLƏNİB

27 Fevral 2017 12:10

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi" Qaydasına əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdiriləcək.

Həmsədrlər də separatçılar kimi atəşkəsin pozulmasında Azərbaycana işarə edirlər

27 Fevral 2017 12:06

“Hərbi toqquşmadan 24 saat keçməmiş Minsk Qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yayıblar. Həmişəki kimi ümumi sözlərlə bol olan bəynatda bir cümlə diqqətimi cəlb etdi: “Bəzi cəsədlər neytral zonada qalıb”. Dünən bu cümləni erməni saytlarında da oxumuşdum.

Millət vəkilindən Avropa Parlamentinin rəhbərliyinə müraciət

27 Fevral 2017 12:05

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

Ermənistan Talış kəndi istiqamətində növbəti təxribata cəhd edib

27 Fevral 2017 12:03

Ermənistan bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Cəbhədə gərginliyin səbəbləri Politoloq açıqlayır

27 Fevral 2017 12:02

“Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin pisləşməsinin bir neçə səbəbi var”. Bunu  politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, birinci səbəb bundan ibarətdir ki, ermənilər təmas xəttini əbədiləşdirmək və oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etmək istəyirlər: “Bu, onlara imkan verəcək ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər. Yəni təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan həmin planı rədd edib və əvvəlcə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildirib. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər, əks halda Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil”. 

Musa Qasımlı Prezidentin səfərinə münasibət bildirdi

27 Fevral 2017 12:00

"Qətər dövləti ilə ölkəmiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli (islam Əməkdaşlıq Təşkilatı, BMT və s.) formatda uğurla inkişaf edir”. Bunu millət vəkili, professor Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Qətər Dövlətinə reallaşdırdığı rəsmi səfərə və iki dövlət arasındakı əlaqələrə münasibət bildirərkən deyib.

Politoloq: “Sarksyan xalqına yalan vədlər verməklə məşğuldur” 

27 Fevral 2017 11:59

“Artıq bir neçə gündür ki, ermənilər tərəfindən demək olar ki, bütün istiqamətlərdə atəşkəs intensiv şəkildə pozulur. Tərtərdən tutmuş Tovuza qədər ordumuzun mövqelərinə qarşı atəşkəsi pozublar. Bu saatlarda döyüşlər davam edir”.   Bunu politoloq Zaur Məmmədov deyib.