Gündəm
321 İŞİD-çini məhv edən nişançı
63 yaşlı İraq vətəndaşı olan snayper Əbu Tahsin İŞİD-çilərə meydan oxuyur. Tahsin iki il müddətində 321 İŞİD üzvünü zərərsizləşdirib. İraqda İŞİD-ə qarşı döyüşmək üçün yaradılan Xalq Səfərbərlik Birliyinin ən təcrübəli nişançısı (snayper) olan Əbu Tahsin verdiyi açıqlamada bildirib ki, məqsədi ölkəsini müdafiə etməkdir.
Siyasi şərhçi: “Ermənistan ictimai rəyi aldatmağa çalışıb”
“Gün ərzində Azərbaycan ordusunun apardığı məqsədyönlü müdafiə əməliyyatları nəticəsində Ermənistan işğalçı gücləri çaşqınlıq içində ictimai rəyi aldatmağa çalışıb”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Polşa Seyminin deputatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Polşa Seyminin deputatı Silvestr Xruş Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
Ronaldudan yeni rekord
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb. Portuqaliyalı superulduz İspaniya çempionatları tarixində penaltidən ən çox fərqlənən oyunçu adını ələ keçirib. Ronaldo buna La Liqanın XXIV turunda "Vilyarreal"la səfər matçında 11 metrlik cərimə zərbəsini qola çevirərək, nail olub. Primeroda yerinə yetirdiyi 64 penaltidən 57-ni qolla tamamlayan Kriştianu "Real"ın əfsanəvi futbolçusu Uqo Sançesi (56) qabaqlayıb.
Qadın boksçumuzdan gümüş medal
Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub. 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.
Binəli Yıldırım: "Xocalı qətliamı türk millətinin ortaq dərdidir"
25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm.
Cazibədar aktrisa: "Qüsurlardan zövq almağa çalışmalıyıq"
Cessika Alba "US Weekly"yə verdiyi müsahibədə yapon fəlsəfəsinə görə yaşadığını söyləyib. Dünyaca məşhur aktrisa açıqlamasında "Toxunaraq öyrənən və ayaqları üstə dayanan bir insanam. Yapon mədəniyyətindən gələn "vabi sabi"yə görə yaşayıram" ifadələrini işlədib.
Türkiyə səfiri Xocalı mitinqinə dəstək verdi
Danimarka Vətən Cəmiyyetinin təşkilatçılığı ilə Kopenhagenin mərkezi meydanı olan Rådhuspladsda etiraz mitinqi təşkil olunub. Bu barədə “OLAYLAR”-a məlumat verən sözügedən cəmiyyətdən daxil olub. Bildirilib ki, Rådhuspladsda Azərbaycan himni səslənib, Xocalı şəıhidlərinin və Türk Dunyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Təhsil naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov martın 6-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinləri iştirak edəcək. Həmçinin qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Diaspor fəalından orijinal addım
Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin rəhbəri diaspor üzrə ekspert Toğrul Allahverdili Xocalı Soyqırımının təbliği ilə bağlı maraqlı addım atıb. “OLAYLAR”-ın xəbərinə görə, Toğrul Allahverdili təkbaşına Moskvanın Peçatniki metro stansiyasının çıxışında paytaxt sakinlərinə Xocalı soyqırımından bəhs edən kitab paylayaraq “Xocalıya Ədalət” kampaniyasına dəstək verib. O, qeyd edib ki, Azərbaycandan kənarda yaşayan dostlar harada yaşamasından asılı olmayaraq Xocalını yaşadığı şəhərin , rayonun, küçənin sakinlərinə təbliğ etməlidir: “ Fərq etməz 5,10,15 nəfərə təbliğ edin, əsas odur ki , düzgün materiallardan istifadə edin . Mən soyqırımın 25-ci ildönümündə yaşadığım ərazidə bunu etdim . Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində rus dilində çap olunmuş 123 kitab payladım”.
Ermənistan hər zaman olduğu kimi yenə də məğlubiyyətə düçar olacaq
“Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur. Aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, düşmən ölkənin bu cür təxribatlara gedəcəyi gözlənilən idi”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir: “Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil.
Məktəbdə yanğın: "700 nəfər təxliyə edilib"
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda orta məktəbdə yanğın olub. Hadisə nəticəsində 700 nəfər təxliyə edilib. Təxliyə olunanların 630-u şagird, 70-i isə məktəbin işçisidir. Xəsarət alan yoxdur. Yanğın söndürülüb.Trend.az
"Görək oradan geri dönə biləcəklər" - Yunanıstanlı nazirdən Türkiyəyə TƏHDİD
Yunan adasına ayaqlarını basanlar, görək oradan geri dönə biləcəklərmi. Bu sözləri Yunanıstanın müdafiə naziri Panos Kammenos bildirib. O, bu açıqlamanı Türkiyə ilə aralarında mübahisəli ərazi olan Kardakla bağlıMövlut Çavuşoğlunun "Baş Qərərgah rəsisi Kardak qayalıqlarına çıxmaq istəsəydi, çıxardı", sözlərinə cavab verərkən deyib.
Lapşin anası ilə təcridxanada GÖRÜŞDÜ
Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında anası Bella Lapşina ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin deyib. Vəkil bildirib ki, B.Lapşina oğlu ilə növbəti dəfə görüşüb. Görüş zamanı anası A.Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. A.Lapşin səhhəti və saxlanma şəraitindən narazılıq etməyib.
Avropa Azərbaycanlıları Konqresi Amsterdamda mitinq keçirib
Amsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib. Mitinqdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan torpaqlarından çıx”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib.














