321 İŞİD-çini məhv edən nişançı
63 yaşlı İraq vətəndaşı olan snayper Əbu Tahsin İŞİD-çilərə meydan oxuyur. Tahsin iki il müddətində 321 İŞİD üzvünü zərərsizləşdirib. İraqda İŞİD-ə qarşı döyüşmək üçün yaradılan Xalq Səfərbərlik Birliyinin ən təcrübəli nişançısı (snayper) olan Əbu Tahsin verdiyi açıqlamada bildirib ki, məqsədi ölkəsini müdafiə etməkdir.
27 Fevral 2017 11:57 Dünya63 yaşlı İraq vətəndaşı olan snayper Əbu Tahsin İŞİD-çilərə meydan oxuyur. Tahsin iki il müddətində 321 İŞİD üzvünü zərərsizləşdirib. İraqda İŞİD-ə qarşı döyüşmək üçün yaradılan Xalq Səfərbərlik Birliyinin ən təcrübəli nişançısı (snayper) olan Əbu Tahsin verdiyi açıqlamada bildirib ki, məqsədi ölkəsini müdafiə etməkdir.
İki ildir Xalq Səfərbərlik Birliyində könüllü olaraq İŞİD-ə qarşı vuruşduğunu deyən 63 yaşlı nişançı qeyd edib ki, kimsə onun vuruşduğu İraqın Beycə bölgəsinin şimalında yerləşən Makul dağlarına yaxınlaşa bilməz. İşindəki ustalığını sakitliyinə bağlayan Tahsin qeyd edib ki, zaman-zaman onu başqa yerlərə göndərmələrinə baxmayaraq, o vətənində döyüşməyə üstünlük deyib: " Son dəfə mənə 1 aylıq icazə verdilər. Amma mən 12 gün sonra yenidən döyüş yerimə qayıtdım".
İndiyə qədər İran-İraq müharibəsi daxil olmaqla, beş döyüşdə iştirak etdiyini deyən Əbu-Tahsin əlavə edib ki, tüfəngindən çıxan güllələr qarşısındakı adamı bir metr kənara atır. Bu barədə SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir.