Təhsil naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov martın 6-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinləri iştirak edəcək. Həmçinin qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
27 Fevral 2017 11:37 SosialTəhsil naziri Mikayıl Cabbarov martın 6-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qəbulda Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinləri iştirak edəcək. Həmçinin qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 27, 28 fevral və 1, 2 mart 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.