Türkiyə səfiri Xocalı mitinqinə dəstək verdi

Danimarka Vətən Cəmiyyetinin təşkilatçılığı ilə Kopenhagenin mərkezi meydanı olan Rådhuspladsda etiraz mitinqi təşkil olunub. Bu barədə “OLAYLAR”-a məlumat verən sözügedən cəmiyyətdən daxil olub. Bildirilib ki, Rådhuspladsda Azərbaycan himni səslənib, Xocalı şəıhidlərinin və Türk Dunyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Danimarka Vətən Cəmiyyetinin təşkilatçılığı ilə Kopenhagenin mərkezi meydanı olan Rådhuspladsda etiraz mitinqi təşkil olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən sözügedən cəmiyyətdən daxil olub. Bildirilib ki, Radhuspladsda Azərbaycan himni səslənib, Xocalı şəıhidlərinin və Türk Dunyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyəti sədri Səfər Sadiqi iştirakçılara ermənilərin 25 il əvvəl Xocalıda törətdikləri vəhşilik barədə məılumat verib. Səfər Sadiqi təəssüf hissi ilə qeyd edib ki, özünü demokratik adlandıran ölkələr hələ də bu hadisəyə ədalətli, düzgün qiymət verməyiblər. Mitinqdə Turkiyənin Danimarkada fəalliyət göstərən böyük elçisi Mehmet Donmez və xanımı, Roskild Ülkü Ocaqları, Türkmən Kültür Cəmiyyətinin rəhbərləri, media nümayəndələri iştirak edib. Səfir Mehmet Dønmez çıxışında bildirib ki, Xocalı soyqrımı insanlıga qarşı törədilən bir cinayət, həqarətdir. Mitinq vasitəsilə danimarkalılar və şəhərin qonaqlarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, həmçinin soyqrımla bağlı məlumat xarakterli bukletlər paylanıb. Sonda mitinqin qətnamesi oxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31