Ermənistan hər zaman olduğu kimi yenə də məğlubiyyətə düçar olacaq

“Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur. Aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, düşmən ölkənin bu cür təxribatlara gedəcəyi gözlənilən idi”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir: “Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil.

"Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur. Aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, düşmən ölkənin bu cür təxribatlara gedəcəyi gözlənilən idi". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir: "Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil. Çünki bütün hallarda bu məsələdə ən çox zərərli çıxan Ermənistan olacaq. Azərbaycan Ordusunun bu məsələdə müəyyən itkiləri də ola bilər, amma vətənin qorunması ümdə vəzifədir. Sona qədər hər bir əsgərimiz mətanətlə döyüşəcək". Politoloq onu da qeyd edib ki,aprel ayında Ermənistanda parlament seçkiləridir və işğalçı ölkənin prezidenti Serj Sərkisyanın mövqeləri getdikcə zəifləyir: "İqtisadi-sosial vəziyyət ağırdır. Tərəfdarlarını belə itirir. Ona görə də diqqəti yayındırmaq üçün bu cür təxribatlara da Ermənistan hakimiyyəti zaman-zaman əl atır. Hesab edirəm ki, düşmən tərəfinin bütün bu təxribatlarına baxmayaraq onlar yenə hər zaman olduğu kimi məğlubiyyətə düçar olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31