Avropa Azərbaycanlıları Konqresi Amsterdamda mitinq keçirib
Amsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib. Mitinqdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan torpaqlarından çıx”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib.
27 Fevral 2017 11:26 SiyasətAmsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib. Mitinqdə "Xocalıya ədalət!", "Qarabağ Azərbaycanındır", "Ermənistan Azərbaycan torpaqlarından çıx", "Ya Qarabağ, ya ölüm", "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirilib. Soydaşlarımız Avropanın bəzi siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə təşkilatçısı olduğu vurğulanan mitinqdə "Bəs hanı beynəlxalq hüquq?", "Haradadır həqiqət və ədalət?" kimi şüarlar səsləndirilib. Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov öz çıxışında bütün dünya azərbaycanlılarının Xocalıya ədalət tələb etdiyini və cinayətkarların qanun qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer bildirib ki, bu il Xocalı soyqırımının 25-ci ildönümü Avropanın bütün ölkələrində silsilə tədbir və aksiyalarla qeyd olunub. Mitinq təşkilatçıları turistlərə və yerli əhaliyə Xocalı soyqırımı ilə bağlı bukletləri paylayaraq faciə haqqında məlumat veriblər.