Diaspor fəalından orijinal addım

Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin rəhbəri diaspor üzrə ekspert Toğrul Allahverdili Xocalı Soyqırımının təbliği ilə bağlı maraqlı addım atıb. “OLAYLAR”-ın xəbərinə görə, Toğrul Allahverdili təkbaşına Moskvanın Peçatniki metro stansiyasının çıxışında paytaxt sakinlərinə Xocalı soyqırımından bəhs edən kitab paylayaraq “Xocalıya Ədalət” kampaniyasına dəstək verib. O, qeyd edib ki, Azərbaycandan kənarda yaşayan dostlar harada yaşamasından asılı olmayaraq Xocalını yaşadığı şəhərin , rayonun, küçənin sakinlərinə təbliğ etməlidir: “ Fərq etməz 5,10,15 nəfərə təbliğ edin, əsas odur ki , düzgün materiallardan istifadə edin . Mən soyqırımın 25-ci ildönümündə yaşadığım ərazidə bunu etdim . Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində rus dilində çap olunmuş 123 kitab payladım”.

Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin rəhbəri diaspor üzrə ekspert Toğrul Allahverdili Xocalı Soyqırımının təbliği ilə bağlı maraqlı addım atıb. "OLAYLAR"-ın xəbərinə görə, Toğrul Allahverdili təkbaşına Moskvanın Peçatniki metro stansiyasının çıxışında paytaxt sakinlərinə Xocalı soyqırımından bəhs edən kitab paylayaraq "Xocalıya Ədalət" kampaniyasına dəstək verib. O, qeyd edib ki, Azərbaycandan kənarda yaşayan dostlar harada yaşamasından asılı olmayaraq Xocalını yaşadığı şəhərin , rayonun, küçənin sakinlərinə təbliğ etməlidir: " Fərq etməz 5,10,15 nəfərə təbliğ edin, əsas odur ki , düzgün materiallardan istifadə edin . Mən soyqırımın 25-ci ildönümündə yaşadığım ərazidə bunu etdim . Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində rus dilində çap olunmuş 123 kitab payladım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31