Həmsədrlər də separatçılar kimi atəşkəsin pozulmasında Azərbaycana işarə edirlər
“Hərbi toqquşmadan 24 saat keçməmiş Minsk Qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yayıblar. Həmişəki kimi ümumi sözlərlə bol olan bəynatda bir cümlə diqqətimi cəlb etdi: “Bəzi cəsədlər neytral zonada qalıb”. Dünən bu cümləni erməni saytlarında da oxumuşdum.
27 Fevral 2017 12:06 Siyasət"Hərbi toqquşmadan 24 saat keçməmiş Minsk Qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yayıblar. Həmişəki kimi ümumi sözlərlə bol olan bəynatda bir cümlə diqqətimi cəlb etdi: "Bəzi cəsədlər neytral zonada qalıb". Dünən bu cümləni erməni saytlarında da oxumuşdum. Erməni tərəfi hətta belə bir sualı da gündəmə gətirmişdi: "Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildiib ki, həmsədrlər də separatçılar kimi atəşkəsin pozulmasında Azərbaycana işarə edirlər: "Kimə işarə edirlər, etsinlər, bu onların öz işidir. Beynəlxalq aləm bilməlidir ki, Ermənistan ordu birləşmələri Dağlıq Qarabağ ətrafındakı bölgələri azad etməyənə qədər öz üzərində Azərbaycan ordusunun təzyiqini hiss edəcək. Bu sözləri bir neçə dəfə müdafiə naziri Zakir Həsənov da səsləndirib. Atəşkəs yoxdur, bitib, vəssəlam. Bu arada bir cümlə də diqqətimi cəlb etdi. Bu cümlənin müəllifi isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdir: "Münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyət Ermənistana siyasi və hərbi təzyiqlər göstərməlidir". Siyasi təzyiqi anladım, bəs beynəlxalq aləm Ermənistana necə hərbi təzyiq göstərəcək və ya göstərməlidir - bu sual mənim üçün açıq qaldı. Beynəlxalq aləm Ermənistana azca siyasi təzyiq etsə bəsimizdir, qalanı isə bizə qalsın".