Xalça Muzeyində “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır”
Azərbaycan Xalça Muzeyi Şuşa filialı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçirilib. Xalça Muzeyindən “Olaylar” – a verilən məlumata görə, tədbirdə faciə qurbanlarının və cəmi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminarın açılışında Milli Azərbaycan Tarix Muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyi və Aktiv media şirkəti tərəfindən ərsəyə gəlmiş “Xocalı vaxtı” filmi nümayiş olunub.
27 Fevral 2017 13:15 SosialAzərbaycan Xalça Muzeyi Şuşa filialı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır" mövzusunda elmi seminar keçirilib. Xalça Muzeyindən "Olaylar" - a verilən məlumata görə, tədbirdə faciə qurbanlarının və cəmi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır" mövzusunda elmi seminarın açılışında Milli Azərbaycan Tarix Muzeyi, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyi və Aktiv media şirkəti tərəfindən ərsəyə gəlmiş "Xocalı vaxtı" filmi nümayiş olunub.
Elmi seminarda Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Kübra Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsi İctimai Birliyinin sədri, Fariz Xəlilli "Xocalıda arxeoloji tədqiqatlar", AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Pirağa İsmayılzadə "Tarixin yaddaşı, Xocalının səsi; ənənələr və müasirlik konteksində" həmçinin AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan tarixi coğrafiyası" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova Xocalının maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxış ediblər.