MƏNFUR PLAN - Rusları qorxutmaq, Qarabağı Ermənistana birləşdirmək
Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində referendum keçirərək Dağlıq Qarabağın adını "Artsax" olaraq dəyişdirməsi Azərbaycana qarşı yeni aqressiyadir. Bu, ötən ilin aprel savaşının qızışdırılmasında da məhz İrəvanın təşəbbüskar olmasına bariz sübutdur. Məqsəd isə Dağlıq Qarabağı Ermənistana birləsdirməkdir. Ona görə də ermənilər bunu "artsax"laşma yolu ilə həyata kecirməyi doğru hesab edirlər. Çünki bunu Dağlıq Qarabağ adı altında etmək gülünc olardı.
27 Fevral 2017 13:46 SiyasətErmənilərin Azərbaycanın işğal olunmuş ərazilərində referendum keçirərək Dağlıq Qarabağın adını "Artsax" olaraq dəyişdirməsi Azərbaycana qarşı yeni aqressiyadir. Bu, ötən ilin aprel savaşının qızışdırılmasında da məhz İrəvanın təşəbbüskar olmasına bariz sübutdur. Məqsəd isə Dağlıq Qarabağı Ermənistana birləsdirməkdir. Ona görə də ermənilər bunu "artsax"laşma yolu ilə həyata kecirməyi doğru hesab edirlər. Çünki bunu Dağlıq Qarabağ adı altında etmək gülünc olardı. Bu barədə "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib.
Ekspertin fikrincə, Ermənistanda parlament idarəetmə üsuluna keçid də Daqlıq Qarabağın ilhaqına daha münasib şərait yaratmaq üçün edilib: "Cunki belə olan halda atılan addımlara görə təkcə prezident və "Qarabağ klanı" yox, hamı cavabdeh olur. Bütün partiyalar səs verəndən sonra hamı bu məsələyə cəlb edilir".
E.Ələsgərov qeyd edib ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində vəziyyətin gərginləşməsi də ermənilərin yaxşıca düşünülmüş planının tərkib hissəsidir: "Cəbhədə yaranmış son gərginlik bu planları ört-basdır etmək üçün birbaşa prezident Serj Sarkisyanın rəhbərliyi ilə həyata keçirilir. Atışmanın da səbəbkarı birbaşa odur. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı ittiham etməklə dünya ictimiyyətini aldatmaq istəyir".
Politoloqun sözlərin görə, bu azmış kimi, Sarkisyan aprelin 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb bu planı razılaşdırmaq istəyir: "Cəbhədəki gərginliyi də rusları qorxutmaq üçün edir. Yəni guya ki, Rusiyanın cənub sərhədlərində qeyri-stabillik var.
Buna sübut kimi Ermənistan Müdafiə Nazirliyinin bir neçə gün öncə "İskəndər" raketləri ilə Azərbaycanı hədələməsini göstərmək olar. Bu, bir daha sübut edir ki, cəbhənin Füzuli istiqamətində son hücumu məhz onlar həyata keçirib.
Onun qənaətincə, ermənilər hərbi əməliyyatın zamanını da təsadüfi seçməyiblər: "Bu təxribat yaxşıca düşünülmüş erməni hiyləsinin məhsuludur. Hər şey "İskəndər"lərin Ermənistana verilməsindən sonra, Xocalı soyqırımının 25-ci ildönümü zamanı və Sarkisyanın Brüssel səfəri ərəfəsində baş verdi.
Məqsəd həm də Azərbaycanın Avropa Birliyi ilə hazırlanan sazişin və neft-qaz anlaşmalarının reallaşmasına mane olmaqdır.
Bu gərginlik, eyni zamanda, müstəqil Azərbaycanla Rusiya arasında munasibətlərin qurulmasının 25-ci illiyində, bununla bağlı Bakıda xüsusi konfransın keçirildiyi zaman həyata kecirilib. Çünki məqsəd həm də rəsmi Bakı ilə Moskva arasında munasibətlərin genişləndirilməsini əngəlləməkdir".
Ekspert ermənilərin ATƏT-in Minsk qrupu həmsədlərinin də istifadə etdiyi yeni terminlər icad etməsinə də toxunub: "Ermənilər isğalçılıq siyasətinə və ilhaq vəziyyətinə bəraət qazandırmaq üçün yeni terminlər icad edirlər. Qarabağ Azərbaycan ərazisidir və artıq neçə ildir ki, döyüş meydanına çevrilib. Lakin burada "təhlükəsizlik qurşağı", yaxud da "neytral zona" deyilən şey yoxdur. Onların bizim ərazilərimizdə bölgələrə ad vermələri dünya ictimaiyyətini növbəti uydurmaları ilə aldatmağa yönəlib. Fakt odur ki, bizim əsgərlərimiz Azərbaycan ərazisində şəhid olurlar, ermənilər isə Azərbaycanın isğal edilmiş topraqlarında ölürlər".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür. Milli.az