Soydaşlarımız Tbilisidə etiraz aksiyası keçirib  

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib.

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib. Yürüş boyu "Qarabağa azadlıq", "Xocalıya ədalət", "Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun" kimi şüarlar səsləndirilib, Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb. "Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap etdirilən 5 min ədəd buklet yolboyu Tbilsi sakinlərinə və qonaqlarına paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb. Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal gənclər, tələbələr və KİV nümayəndələri iştirak edib. Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31