Hollandiyada diaspor təşkilatları Xocalı qurbanlarının xatirəsini anıb

Niderlandda fəaliyyət göstərən beşdiaspora təşkilatı - "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladığı “Yaşamaq üçün doğulmuşdular!” adlı bədii kompozisiyanın təqdimatı ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub.

Niderlandda fəaliyyət göstərən beşdiaspora təşkilatı - "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladığı "Yaşamaq üçün doğulmuşdular!" adlı bədii kompozisiyanın təqdimatı ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada Xocalı qurbanlarının əziz xatirəsinə qoyulmuş Monumenti ziyarət etməklə start verilib. Daha sonra Valliant teatr binasında "Yaşamaq üçün doğulmuşdular!" kompozisiyası tamaşaçılara təqdim edilib. Anım tədbirində iştirak edən Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş yazıçı-jurnalist, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Müslümqızı aci xatirələrini bölüşüb. Sonra S.Müslümqızının xatirələri əsasında hazırlanmış"Onlar heç vaxt böyüməyəcəklər" adlı sənədli film nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin müvəqqəti işlər vəkili Aliyə Ağazadə, gecənin təşkilatçıları olan cəmiyyətlətin rəhbərləri çıxış ediblər. Sonda Xocalı soyqırımı ilə bağlı ölkənin dövlət və hökumət orqanlarına, beynəlxalq təşkilatlara və yerli ictimaiyyətə ünvanlanan qətnamə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31