Nə zaman valyutanı alıb-satmaq sərfəlidir?

Ölkəddə baş verən devolvasiyadan sonra milli və xarici valyutanın məzənnəsində müşahidə olunan qeyri-müəyyənlik riskləriin artmasına səbəb olub. Belə ki, valyuta bazarına yaranan anlaşılmazlıq insanları çıxılmaz vəziyyətdə qoyub. Daha doğrusu, insanlar valyuta mübadiləsi zamanı itirmək yox, daha çox qazanmaq istəyirlər. Bəs bunun üçün nələrə diqqət yetirmək lazımdır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər. Belə ki, ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb.

Banklar iqtisadiyyatda oynaya biləcəyi rolu itiriblər

Ölkəddə baş verən devolvasiyadan sonra milli və xarici valyutanın məzənnəsində müşahidə olunan qeyri-müəyyənlik riskləriin artmasına səbəb olub. Belə ki, valyuta bazarına yaranan anlaşılmazlıq insanları çıxılmaz vəziyyətdə qoyub. Daha doğrusu, insanlar valyuta mübadiləsi zamanı itirmək yox, daha çox qazanmaq istəyirlər. Bəs bunun üçün nələrə diqqət yetirmək lazımdır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər. Belə ki, ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Buna görə də, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirmək üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satışı kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır və deməlu bu halda növbəti günlərdə dollar dəyər qazanacaq. İkincisi, dolların alış kursu sizdə məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər. Bir sıra hallarda və təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayaq ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir: "Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgərə bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız. Nəzərə alaq ki, Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər. Amma bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq. Ona görə, yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərcləri kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın. Nəhayət, 2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faziləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər".
Xatırladaq ki, Azərbaycan iqtisadiyyatını silkələyən 21 fevral 2015-ci il devalvasiyasından 2 il ötür. O vaxt milli valyuta uzunmüddətli sabitliyini pozaraq 30 faiz ucuzlaşdı. 2015-ci ilin 21 dekabrında isə manat daha 50 faiz devalvasiyaya uğrayaraq rekorda "imza atdı". Bu gün manatın məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə açıqlamasında bu müddətdə dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini deyib: "Bu, iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bank sektorunda özünü göstərməkdədir. Sonuncu müşavirədə cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bank sektorunda indiyə qədər aparılan səhv siyasət nəticəsində həm bankların özlərinin maliyyə vəziyyəti pisləşib, həm də bütövlükdə ölkə iqtisadiyyatında özlərinin oynaya biləcəyi rolu itiriblər. Bunun da nəticəsi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi bankların lisenziyasının geri alınmasına, bəzilərinin birləşdirilməsilə bağlı qərar qəbul edib. Bu yaxınlarda "VTB" bankın bəzi filiallarının bağlanması qərarı verilib. Bütün bunlar Azərbaycan bank sektoruna yeni yanaşmanı ortaya qoyur. Hesab edirəm ki, ölkəmizdə başlanmış post-neft mərhələsində bank sektoru özünün müsbət rolunu oynamalıdır". Parlament üzvü bildirib ki, bunun üçün bank sektoru əhaliyə verdiyi kreditlərin faizlərini aşağı salmalıdır: "Xüsusilə xarici valyutada olan kreditləri vətəndaşlara verərkən diqqətli olmaq lazımdır. Çünki manat xarici valyutanın qarşısında ucuzlaşmaqda davam edir. Eyni zamanda xarici valyutada verilmiş kreditlərin geri qaytarılmasında çox böyük çətinliklər yaranıb. Bu həm vətəndaşları, həm də bankarı çıxılmaz vəziyyətdə qoyub. Bankların resurslarının, vəsaitlərinin vaxtında qayıtmaması onun aktivlərinin aşağı düşməsinə, kapitalının azalmasına gətirib çıxarır ki, bu da son nəticədə bankların bağlanmasını zərurət kimi ortaya qoyur". M.Abbaszadə ilk devalvasiyadan sonra Azərbaycan maliyyə sektorunda yüksək nəticələrə səbəb olacaq hadisənin baş vermədiyini vurğulayıb: "Ötən müddət ərzində manat 2 dəfə devalvasiyaya uğradı. Bütün bunların hamısı Azərbaycan maliyyə, bank sektorunda zəifləmələrə gətirib çıxarmışdı. Devalvasiyaların nəticəsidir ki, bu gün Azərbaycan banklarının bütün göstəricilərində geriləmələr mövcuddur. İstər banklara qoyulan depozitlərin, istər banklardan götürülən kreditlərin, istər kredit ödənişlərinin, istər bankların digər yerli və xarici banklar qarşısında öhdəliklərində geriləmələr müşahidə olunur. Bunun nəticəsidir ki, banklar ya bağlanmaqla nəticələnir, ya da birləşmək seçimi qarşısında qalır. Amma təəssüflər olsun ki, bu gün bankların çoxu digər banka birləşmək əvəzinə bağlanmaq yolunu seçirlər. Bankların birləşməsi prosesdən çıxmağa daha çox kömək edə bilər. Əgər banklar birləşərsə, burada illərlə əmək verən yüzlərlə işçinin öz iş yerini itirməməsinə gətirib çıxara, banklara inamı artıra bilər. Bu gün banklar bağlanarkən Əmanətlərin Sığortalanması Fondu əhalinin sığortalanmış depozitlərini geri qaytarır. Bütün bunlar isə Azərbaycanın dövlət büdcəsinə əlavə yükdür. Əgər banklar birləşərsə, büdcə bu yükdən azad olmuş olar".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31