Daşkənddə Xocalı faciəsi ilə əlaqədar konsert-rekviyem keçirilib
Daşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.
27 Fevral 2017 13:55 SosialDaşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında məlumat verib.
Səfir deyib ki, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Xocalını yer üzündən silib, qocalar, qadınlar, uşaqlar qəddarlıqla qətlə yetirilib.
Diplomat XX əsrin qəddar və qanlı hadisələrindən biri olan Xocalı faciəsinin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib.
H.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətimizin Xocalı soyqırımının əsl mahiyyətinin, həmçinin erməni terrorizminin bütün bəşəriyyətə təhlükə olmasının sübut edilməsina yönələn fəaliyyəti haqqında məlumat verib. Məhz bu məqsədyonlü siyasətin nəticəsidir ki, Xocalı faciəsini artıq dünyanın 14 dövlətl və ABŞ-nın 21 ştatı, İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Xocalı faciəsini törədənləri ittiham edib, bu faciəni soyqırım kimi tanıyıb.
Sonra konsert-rekviyem keçirilib. Konsertdə Frans Şubert, Fərhad Bədəlbəyli, İohan Sebastyan Baax, Antonio Vivaldi, Asəf Zeynallı, Əzizə Mustafazadə və digər bəstəkarların əsərləri səslənib.
Konsert boyu monitorda Xocalı faciəsi ilə bağlı sənədli film göstərilib.