Ölkədə 1400-dən artıq ailə özünüməşğulluq layihələrinə cəlb ediləcək
“Ölkədə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi, minimum əməkhaqqının artırılmas, pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi sosial rifahda müsbət meyllərin davam etməsinə imkan yaradacaq”.
27 Fevral 2017 15:36 Sosial"Ölkədə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin davam etdirilməsi, minimum əməkhaqqının artırılmas, pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi sosial rifahda müsbət meyllərin davam etməsinə imkan yaradacaq". Bunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, ehtiyac meyarının məbləğinin artırılması ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə səbəb olub: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması və bu barədə məşğulluq orqanlarına məlumatların təqdim olunması işləri aparılır. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib. Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub. Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq".
.