Ötən il Azərbaycanda 190 minə yaxın yeni iş yeri açılıb
“Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub”.
27 Fevral 2017 15:33 Sosial"Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub". Bunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, xüsusən də dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib: "Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib".