“Mən həyatı seçirəm” adlı tədbir keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Komitədən verilən məlumata görə, bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 28 fevral 2017-ci il tarixində, saat 12:00-da Azərbaycan Milli Koservatoriyası nəzdində Musiqi Kollecində keçirilməsi nəzərdə tutulur. Tədbirdə ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin əməkdaşlarının iştirakı da nəzərdə tutulur.
27 Fevral 2017 15:40 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Komitədən verilən məlumata görə, bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, "Mən həyatı seçirəm" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 28 fevral 2017-ci il tarixində, saat 12:00-da Azərbaycan Milli Koservatoriyası nəzdində Musiqi Kollecində keçirilməsi nəzərdə tutulur. Tədbirdə ekspert qismində "Sağlam ailə" Tibb Mərkəzinin əməkdaşlarının iştirakı da nəzərdə tutulur. Layihə çərçivəsində keçiriləcək tədbirdə sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr keçiriləcək.
.