Qənirə Paşayeva Boluda Daqlıq Qarağdan danışıb
Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və unutturmayacağız” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib.
27 Fevral 2017 17:27 SiyasətTürkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və unutturmayacağız" adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Qənirə Paşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olunacağı gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik". Q,Paşayeva qeyd edib ki, Qarabağ əsrlər boyu Azərbaycan və türk tarixinin və mədəniyyətinin beşiklərindən biri olub: "Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur".