Liman qəsəbəsində tank əleyhinə mina aşkar olunub
27 fevral 2017-ci il tarixdə sahilboyu ərazidə aparılmış axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən daha 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.
27 Fevral 2017 17:38 Sosial27 fevral 2017-ci il tarixdə sahilboyu ərazidə aparılmış axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən daha 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Olaylar"a verilən məlumata görə, ümumilikdə 4 ədəd tank əleyhinə minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyinə məlumat verilmişdir. Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.