Avtomobil təkəri oğurlayan tutulub

Fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin "Hyundai" markalı avtomobilinin təkərləri oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar.  Ətraflarında aparılan tədbirlərlə onların daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31