İran ən yeni qanadlı raketini sınaqdan keçirdi
Xəbər verdiyimiz kimi, İran Hərbi Dəniz Qüvvələri dünən səhər Hind okeanının şimalında “Vilayət-95” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində İran Hərbi Dəniz Qüvvələri bu gün “yer-dəniz” tipli ən yeni qanadlı raketi olan lazer tuşlayıcılı “Dehləviyə”ni sınaqdan keçirib.
27 Fevral 2017 17:17 DünyaXəbər verdiyimiz kimi, İran Hərbi Dəniz Qüvvələri dünən səhər Hind okeanının şimalında "Vilayət-95" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində İran Hərbi Dəniz Qüvvələri bu gün "yer-dəniz" tipli ən yeni qanadlı raketi olan lazer tuşlayıcılı "Dehləviyə"ni sınaqdan keçirib.
Xatırladaq ki, təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər, habelə xilasetmə əməliyyatları yerinə yetirilir.
Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnikadan, o cümlədən sualtı qayıqlar və helikopterlərdən istifadə olunur.
Onu da qeyd edək ki, manevrlər üçün təxminən iki milyon kvadratkilometr sahə seçilib. Virtualaz.org Tasnim-ə istinadən xəbər verir.