“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis edildi

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsisiclası keçirilib. Fonddan “Olaylar” – a bildirilir ki, klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin, xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətini ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma “Dağlıq Qarabağ” probleminin yaranmasında erməni məkrini öyrənməkdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun təsisiclası keçirilib. Fonddan "Olaylar" - a bildirilir ki, klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin, xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş "erməni məsələsi"nin mahiyyətini ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma "Dağlıq Qarabağ" probleminin yaranmasında erməni məkrini öyrənməkdi.

"Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib. İclasda iştirak edən fəal gənclər arasından klubun sədri və sədr müavini seçilib, onlara vəziləri və görüləcək işlər haqqında məlumat verilib.

"Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun qarşısında qoyulan əsas vəzifələr tarixçi alimlər və tanınmış elm adamları ilə qarşılıqlı əməkdaşlıq etmək, Azərbaycan tarixini dərindən öyrənmək məqsədilə layihələr hazırlamaq, Azərbaycan ictimaiyyətinin maarifləndirilməsinə dəstək vermək, AMEA-da çalışan alimləri klubun işinə cəlb etməklə birgə tədbirlər təşkil etməkdi.

"Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri sırasına Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup tələbələri və Bilik Fondunun Könüllüləri daxildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31