Donald Tusk: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.
27 Fevral 2017 18:09 Siyasət"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil". Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir". Apa.az