Türkiyəyə qarşı birləşdilər: Yeni “terror dəhlizi” yaradılır

Suriyanın Əl-Bab mahalının cənubundan Münbiç istiqamətində irəliləyən Bəşər Əsədin ordusu YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü –red.) iflasa uğrayan “dəhliz”ini diriltməyə çalışır.

Suriyanın Əl-Bab mahalının cənubundan Münbiç istiqamətində irəliləyən Bəşər Əsədin ordusu YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü -red.) iflasa uğrayan "dəhliz"ini diriltməyə çalışır. Dəməşq və YPG kürd dəhlizini daha cənub tərəfdən yaratmaq istəyir. Plan çərçivəsində hərəkət edən rejim ordusu Əl-Babın 11 kilometr cənub-şərqindən YPG-nin nəzarətindəki Münbiçə doğru sürətlə irəliləyir. Rejim gücləri hazırda YPG-nin nəzarətindəki ərazilərin 14 kilometrliyində mövqe tutublar.

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SEDA) xarici siyasət üzrə araşdırmaçısı Can Acun hesab edir ki, Əsəd-YPG əməkdaşlığının məqsədi terror dəhlizini tamamlamaqdır. Bu barədə Publika.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31