AEM Robert Trayb təlimi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə tanınmış GMP üzrə məsləhətçi Robert Trayb səfər etmiş və Mərkəzin əməkdaşlarına “Əczaçılıq müfəttişliyi üzrə beynəlxalq əməkdaşlıq sistemi” və “GMP standartları” mövzularında təlim keçmişdi. Nazirlikdən “Olaylar” – a bildirilir ki, Robert Trayb dünya ölkələrinin dərman vasitələri üzrə tənzimləyici orqanlarına PİC/S-ə ((Pharmaceutical İnspection Cooperation Scheme),(Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sistemi))üzv olmaq üçün onların sistemlərinin və prosedurlarının təkmilləşdirilməsinə kömək edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə tanınmış GMP üzrə məsləhətçi Robert Trayb səfər etmiş və Mərkəzin əməkdaşlarına "Əczaçılıq müfəttişliyi üzrə beynəlxalq əməkdaşlıq sistemi" və "GMP standartları" mövzularında təlim keçmişdi. Nazirlikdən "Olaylar" - a bildirilir ki, Robert Trayb dünya ölkələrinin dərman vasitələri üzrə tənzimləyici orqanlarına PİC/S-ə ((Pharmaceutical İnspection Cooperation Scheme),(Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sistemi))üzv olmaq üçün onların sistemlərinin və prosedurlarının təkmilləşdirilməsinə kömək edir.

Robert Tryab Ümumdünya Səhiyyə Təşkilatının Əczaçılıq üzrə Ekspert Komitəsinin üzvüdür və 2001-2004-cü illərdə Komitənin məruzəçisi olmuşdur. O həmçinin İSPE-nin ((İnternational Society for Pharmaceutical Engineering ),(Əczaçılıq mühəndisliyinə dair beynəlxalq Cəmiyyət)) Asiya-Sakit okean regionunun tənzimləyici qurumları üzrə məsləhətçisidi.

Daim inkişaf tendensiyalarını dəstəkləyən AEM bu təlimlərin perspektivlərini yüksək qiymətləndirir. Belə ki, əczaçılıq sahəsində Robert Trayb kimi dünya əhəmiyyətli mütəxəssislər ilə əlaqələrin qurulması, onlardan məsləhətlərin alınması, bələd olduqları beynəlxalq təcrübələrindən bəhrələnmək gələcəkdə Azərbaycanda əczaçılıq sektorunun inkişafına geniş imkanlar açacaqdır. AEM-in qarşısına qoyduğu məqsədlərdən biri PİC/S-ə üzv olmaq və buna nail olmaq üçün bu cür təlimlərin böyük əhəmiyyəti var. Quruma üzv olmaqla onun vəzifələrindən bəhrələnmək imkanları yaranacaqdır: təftiş sahəsində qarşılıqlı razılıq, GMP tələblərin harmonizasiyası, təftiş sisteminin unifikasiyası, inspektorların təlimi, informasiya mübadiləsi və s.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31