Məşhur cütlüyün bezdiyi evin yeni sahibi Kərəm və Serenay oldu
Aktyor Kərəm Bürsin və aktrisa sevgilisi Serenay Sarıkaya axtardıqları evi tapıblar. Cütlük İstanbulun Yeniköy səmtində, bir zamanlar Murad Boz və Aslı Enver cütlüyünün yaşadığı üçmərtəbəli villaya köçüblər. Evi bəyənən sevgililər 1 illik müqavilə imzaladıqdan sonra təmir işləri ilə maraqlanıblar.
27 Fevral 2017 19:36 DünyaAktyor Kərəm Bürsin və aktrisa sevgilisi Serenay Sarıkaya axtardıqları evi tapıblar. Cütlük İstanbulun Yeniköy səmtində, bir zamanlar Murad Boz və Aslı Enver cütlüyünün yaşadığı üçmərtəbəli villaya köçüblər. Evi bəyənən sevgililər 1 illik müqavilə imzaladıqdan sonra təmir işləri ilə maraqlanıblar.
Qeyd edək ki, yaxınlıqdakı məktəbin şagirdləri tez-tez evin qapı zənginı basıb qaçdıqları üçün Murad və sevgilisi oradan köçüb Kuruçeşme səmtində ev tutmuşdular. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.