Milli Məclisdə seçicilərlə görüş keçirilib   

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə 20 seçici ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə 20 seçici ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib. Ünvanlanan müraciətlər arasında əsasən iş, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman, təhsil və s. məsələləri üstünlük təşkil edib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31