Babək Huseyinli: “Bu günə qədər Elnar İbrahimov və onun məşqçisi bir dəfə də olsun ermənilərə məğlub olmayıblar”
“Qarabağ” İdman kulubunun direktoru Babək Hüseyinli Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilməsi ilə bağlı məsələyə münasibət bildirib .
28 Fevral 2017 11:31 İdman"Qarabağ" İdman kulubunun rəhbəri Babək Hüseyinli Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilməsi ilə bağlı məsələyə münasibət bildirib . Babək Hüseynli "OLAYLAR"-a bildirib ki, bu günə qədər Elnar İbrahimov və onun məşqçisi, tanınmış idmançı Şəhriyar Abbasov bir dəfə də olsun qaydasız döyüş zamanı, eləcə də samboda ermənilərə məğlub olmayıblar: "Hər zaman iki dəqiqə ərzində erməniləri məğlub ediblər. Bu dəfə isə məsələ müxtəlif şəkildə dəyərləndirildi. Təbii ki, mən də bir idmançı olaraq düşünürəm ki, idmanda udmaq və uduzmaq məsələsi var. Və qarşı-qarşıya gələn idmançının biri digəri üzərində qələbə qazanmalıdır". Babək Hüseyinlinin sözlərinə görə,, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, dünyada ölkəmizi sevməyən qüvvələr var və onlar da bu məsələdən Azərbayacana qarşı istifadə etməyə çalışırlar: "Lakin hamı bilməlidir ki, torpaqlarımız işğaldan azad edilməyib. Nə bu işğal faktını, nə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını unudacaqlar. Bu məsələni də başqa adla səsləndirmək lazım deyil. Qondarma qurumun bayrağının orda dalğalandırılması Azərbaycandan çox Rusiyaya qarşı erməni idmançı tərəfindən hörmətsizlikdir. Çünkü Vartan Asataryan Ermənistanı yox, Rusiyanı təmsil edirdi . Ona görə də Rusiya da və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu da bu məsələni düzgün dəyərləndirməlidir".