Nazir: "Məcburi nüsxələri kitabxanalara verməyən nəşriyyatlar bağlana bilər"

"Əgər tariximizi saxlamaq istəyiriksə, məcburi nüsxələr kitabxanalara verilməlidir. Bu, öz tarixinə hörmət edən cəmiyyətin vəzifəsidir. Nüsxələri verməyənlərə cərimələr tətbiq olunacaq, ikinci, üçüncü dəfə təkrar olunsa, hətta həmin nəşriyyat bağlanıla bilər". 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycan qanunvericiliyinə müvafiq dəyişikliklər edilib: "Milli arxivimiz formalaşmalıdır. Bütün mətbu nəşrlər təmənnasız olaraq kitabxanaya daxil olmalıdır. Əsas məqsəd odur ki, Milli Kitabxanada bütün nəşrlərin tarixi əks olunsun. Bu, bir xəzinə olmalıdır və hər kəs bu xəzinəyə öz töhfəsini verməlidir. Gələcək nəsillərə bu, tarixi tədqiqatlar üçün çox böyük əhəmiyyət kəsb edir".  Nazir əlavə edib ki, kitabxana şəbəkəsində islahat aparılır, onların sayı azalmaqla yeni elektron məkana çıxırlar. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31