Ermənistan hakimiyəti can vermək üzrədir

Ermənistanın uzaq hədəflərə hesablanmış Dağlıq Qarabağda “komstitusiya referendumu” siyasəti fiaskoya uğradı. Qeyri-qanuni  keçirilən “referendum”un nəticələri nəinki beynəlxalq təşkilatlar tərəfindən tanınmadı, əksinə, Ermənistan beynəlxalq ictimaiyyətin qınağına tuş gəldi. Separatçı rejimdə keçirilən “referendum”la Azərbaycanı təxribata çəkə bilməyən ermənilər indi də hərbi təxribata əl atıblar. Belə ki, fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma keçiblər.

Hərbi təxribatlar Sərkisyan hakimiyyətinə divident qazandıra biləcəkmi?

Ermənistanın uzaq hədəflərə hesablanmış Dağlıq Qarabağda "komstitusiya referendumu" siyasəti fiaskoya uğradı. Qeyri-qanuni  keçirilən "referendum"un nəticələri nəinki beynəlxalq təşkilatlar tərəfindən tanınmadı, əksinə, Ermənistan beynəlxalq ictimaiyyətin qınağına tuş gəldi. Separatçı rejimdə keçirilən "referendum"la Azərbaycanı təxribata çəkə bilməyən ermənilər indi də hərbi təxribata əl atıblar. Belə ki, fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma keçiblər. Elə ilk həmlədəcə məğlubiyyətə düçar olan erməni silahlı dəstələri təxribat xarakterli hərəkətlərini davam etdirməkdədirlər. Millət vəkili Aydın Mirzəzadə deyib ki, cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil edərək razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir: "Son günlərdə cəbhə xəttində baş verən gərginlik ilk növbədə Ermənistanda qarşıdan gələn parlament seçkilərində əlavə siyasi dividendlər qazanmaq üçün nəzərdə tutulub. Amma Ermənistan yaddan çıxarır ki, bu gün onların qarşısında duran ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Dövlətimiz iqtisadi baxımdan kifayət qədər güclənib, beynəlxalq birlikdə böyük nüfuza malikdir. Bundan başqa, hazırda Azərbaycan Ordusu ən müasir hərbi texnikalara malikdir. Düşmənin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistana başucalığı gətirməyəcək. Erməni hökuməti bütün əməllərinə, tökdüyü qanlara görə cavab verməli olacaq.Ancaq  son hadisələr göstərir ki, Ermənistan rəhbərliyi ötən ilin aprel hadisələrindən heç bir nəticə çıxarmayıb". Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, təmas xəttində baş verən son hadisələr nəticəsində ermənilər birdəfəlik əmin oldular ki, onlar Azərbaycan torpaqlarında nəinki qalıb möhkəmlənə, imkanlarını genişləndirə bilərlər, əksinə, yaxın zamanlarda burada əldə etdikləri bütün mövqeləri geri verməli olacaqlar.Vitse-spikerin sözlərinə görə, Ermənistan tərəfindən təmas xəttində törədilən son təxribatın arxasında birmənalı şəkildə onun təcavüzkar siyasəti və bu siyasət nəticəsində güddüyü maraqlar, eyni zamanda, Ermənistanı bir alət kimi istifadə edən müəyyən dairələrin maraqları dayanır. Ermənistanın hazırda status-kvonun uzanması, onun saxlanması üçün səylər göstərdiyini vurğulayan B.Muradova əlavə edib ki, Ermənistan aprel döyüşlərində itirdiyi mövqeləri geri qaytarmağa çalışır: "Məqsəd də budur. Ona görə də vaxtaşırı belə təxribatlarla Azərbaycan ərazisinə soxulmaq istəyir və çox layiqli də cavabını alır. Azərbaycan vətəndaşlarının getdikcə daha çox artan əzmi, cəsarəti, Ordunun döyüş qabiliyyətinin getdikcə daha çox yüksəlməsi ermənilərə onların bu hərəkətlərinin qarşısını qəti şəkildə alacağı barədə həqiqətləri anladır. Ermənilər həm aprel döyüşlərində, həm də törətdikləri son təxribatlardan sonra anladılar ki, Azərbaycanla əvvəlki dildə danışa bilməzlər. Ermənilər son hadisələrdə bir daha öz qəti cavablarını aldılar. Onlar birdəfəlik əmin oldular ki, Azərbaycan ərazisində qalıb möhkəmlənə bilməzlər". Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın keçən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil: "Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər erməni təxribatları özünü göstərir. Amma əsas döyüşlər mərkəz olaraq Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir. Məlumat üçün deyim ki, Serj Sarkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sarkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi yenə də Qarabağla bağlı sözlər verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir. Həmçinin, düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək. Şübhəsiz ki, ermənilər ötən bir il ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda düşmənin ön xətdə gördüyü işlərin çox da əhəmiyyəti olmayacaq". Deputat hesab edir ki, əslində mahiyyətcə proseslər Azərbaycanın xeyrinədir: "Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyrinə işləmir. Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıqdır. Onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilməz. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaq. Lakin hərbi toqquşmalar Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır". Hərbi ekspertlər isə hesab edirlər ki,  Azərbaycan silahlı qüvvələrinin növbəti dəfə erməni təxribatının qarşısının alınması üçün apracağı genişmiqyaslı əməliyyatı nə ATƏT, nə Rusiya nə də ABŞ dayandıra bilməycək. Çünki, Azərbaycan işğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda vuruşur. Ermənistanın qeyri-konstruktiv mövqeyi isə göstərir ki, bunun üçün müharibədən  başqa yol yoxdur. Hazırda cəbhə xəttində baş verənlər deməyə əsas verir ki, beynəlxalq qurumların ikili standartlarından və himayədarllarının hərbi yardımından istifadə edən düşmən daha da azğınlaşır, yeni silahlar əldə edir və Azərbaycanı yer üzündən silmək istədiyini açıq-aşkar bəyan edir. Belə halda Azərbaycan nəyin bahasına olusa-olsun  müstəqil dövlət olaraq öz hüququnu qorumağa, ərazi bütövlüyünü təmin etməyə haqlıdır.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31